Mədəniyyət

"Dədə Qorqud" dastanı mənəvi kimliyimiz, qəhrəmanlıq salnaməmiz

Hər bir xalqın qədimliyi onun bu günə qədər gəlib çatan ədəbi-tarixi nümunələri əsasında qiymətləndirilir. Ədəbi nümunələr aid olduğu xalqın tarixi, tarixi nümunələr isə onun sənətkarlığı, mədəniyyəti haqqında fikir söyləməyə əsas verir. Elə ədəbi nümunələr var ki, təkcə bir xalqın deyil, eyni kökə malik olan bir neçə xalqın tarixi, mədəniyyəti ədəbiyyatını özündə ehtiva edir. Belə müştərək ədəbi abidələrdən biri "Kitabi-Dədə Qorqud" dastanıdır.

Dastan on iki boydan, hər boy qədim türk tayfası olan Oğuzların həyat düşüncə tərzini əks etdirən müstəqil süjet xətli hekayədən ibarətdir. Boyların müəllifi isə Dədə Qorquddur. O, Oğuz türklərinin başbiləni, yolgöstərənidir. Dastanın müqəddiməsində Dədə Qorqudun Məhəmməd peyğəmbərin zamanında (VII əsr) yaşadığı onun üzünü gördüyü qeyd edilir. Orta əsr tarixçilərindən bəzilərinin yazdığına görə isə Dədə Qorqud türklər tərəfindən elçi qismində Məhəmməd peyğəmbərin yanına göndərilib. Dədə Qorqud indiki Azərbaycan ərazilərindən geniş coğrafiyada məskunlaşmış Oğuz elinin rəmzi olan ümumiləşmiş obrazdır. Dədə Qorqudun məskəni, Vətəni Azərbaycan, tayfası, milləti isə daha böyük bir məkanda yayılmış oğuzlardır. Altuntaxt Qorqud elinin paytaxtı, Dərbənd qapısı, Əlincə isə qalasıdır. Dastanda qədim Azərbaycanın fərqli coğrafi ərazilərindəki Bayat eli, Göyçə gölü, Bərdə, Gəncə, Şərur, Qaraçuq, qaya, Dərəşam, Sürməli, Qazan göl başqa yer adlarından bəhs olunur.

Tədqiqatçılar hesab edirlər ki, "Kitabi-Dədə Qorqud" boyları ilk dəfə XI yüzillikdə eyni adla yazıya alınıb. Onun hazırda əlimizdə olan iki nüsxəsi var. Müqəddimə 12 boydan ibarət olan Drezden (Almaniya) eyni müqəddimə ilə 6 boydan ibarət olan Vatikan (İtaliya) nüsxələrinin XVI əsrdə üzü köçürülmüş əlyazmalar olduğu bildirilir.

Bu qədim oğuznamədə əxlaqi-tərbiyəvi əhəmiyyətli ailə-məişət məsələləri, ibrətamiz səhnələr diqqəti xüsusilə cəlb edir. Məsələn, igid bəy oğlunun evlənmək üçün qız seçməsi, həmin qızda hansı keyfiyyət bacarıqları arzulaması, daha doğrusu, bunları bir tələb kimi irəli sürməsi olduqca maraq doğurur müasir məhəbbət dastanlarından fərqlənir. Ümumiyyətlə, "Dədə Qorqud" boylarında kişidən , qadından da eyni keyfiyyətlər tələb olunur. Qoçaqlıqda, cəsurluqda, qılınc çalmaqda, ox atmaqda, at çapmaqda, baş kəsməkdə, savaşmaqda qadın ərinə uyğun gəlməlidir. "Qanlı qoca oğlu Qanturalı boyu"na nəzər salsaq, aydın görərik ki, Qanturalı evlənəcəyi qızda arzuladığı ən başlıca keyfiyyətləri belə sadalayır: "Baba, mən yerimdən durmadan ol durmuş ola. Mən qara qoç atıma minmədən ol minmiş ola. Mən qanlı kafir elinə varmadan ol varmış, mənə baş gətirmiş ola".

Göründüyü kimi, burada gözəllik, incəlik, zəriflik arxa planda dayanır. Qoyulan əsas tələblər qoçaqlıq, çeviklik, mərdlik, cəsurluqdur.

"Kitabi-Dədə Qorqud" boyları özündə tarixin ən dərin qatlarından süzülüb gələn, ailə dəyərlərimizlə bağlı bir çox adət-ənənələrimizi yaşadır. "Dədə Qorqud" dastanları həm Oğuz türklərinin, Azərbaycan xalqının yurd torpaq andının manifestidir. Bu, ölkəsini, torpağını, millətini dərindən dərk edən bir xalqın vətən torpaq sevgisinin möhtəşəm oğuznaməsidir. Dədə Qorqud qəhrəmanları isə dastanlaşmış obrazlardan çox, həyat düşüncə adamlarıdır. Dastanda rütbə, titul etibarilə yüksək mövqeyə malik olan insanlar real cizgiləri ilə əks etdirildiyi halda, cəmiyyət həyatında kiçik yer tutan sadə adamlar mümkün olduğundan qat-qat güclü şəkildə təsvir edilib. Bu da dastanın sadə xalqın bir parçası olduğunu sübut edir. Bu faktı həm dastanda qeyd olunan el məsəlləri, atalar sözləri təsdiqləyir: "Təkəbbürlük eyləyəni Tanrı sevməz", "Köhnə pambıq bez olmaz, Qarı düşmən dost olmaz", "Kişi malına qıymayınca adı çıxmaz, Qız anadan görməyincə öyüd almaz" s.

"Kitabi-Dədə Qorqud" dastanlarının şeirləri sərbəst şeirin klassik nümunəsidir. Bu şeirlər dastan əhvalatlarını bir-biri ilə əlaqələndirən, bağlayan bədii vasitədir. Bəzən isə "Dədə Qorqud" şeirləri dastandakı boyların məntiqi yekunu, ümumiləşdirici nəticə funksiyasını yerinə yetirir. Hətta dastanda elə şeir mətnləri var ki, eposun ideyasını tam şəkildə özündə ifadə edir:

"Qanı öydüyümüz bəy ərənlər?

Dünya mənim deyənlər?

Əcəl aldı, yer gizlədi,

Fani dünya kimə qaldı?

Gəlimli-gedimli dünya!

Son ucu ölümlü dünya!

Əl aqibət üzun yaşın

Ucu ölüm, axırı ayrılıq".

Dünya ədəbiyyatında ideya-mövzu cəhətdən bədii-sənətkarlıq baxımından çox qiymətli yer tutan "Kitabi-Dədə Qorqud" dastanlarının dünya miqyasında təbliği Azərbaycanda adının əbədiləşdirilməsi ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Xüsusən "Kitabi-Dədə Qorqud" dastanlarının 1300 illiyi haqqında 20 aprel 1997-ci ildə ulu öndərin imzaladığı Fərmanın əsasında həyata keçirilmiş genişmiqyaslı tədbirlər sözün əsl mənasında, "Dədə Qorqud" dastanlarının əbədiyyət qazanması ilə nəticələndi. Mühüm tarixi əhəmiyyətə malik olan fərmanının işığında UNESCO-nun iqamətgahında təşkil edilən beynəlxalq simpozium konsert, Bakıda türk dövlətləri rəhbərlərinin iştirakı ilə gerçəkləşən Zirvə görüşü "Dədə Qorqud" dastanlarına yeni həyat bəxş etdi. Yubiley münasibətilə nəşr edilmiş ikicildlik "Dədə Qorqud" ensiklopediyası digər elmi-bədii əsərlərlə qorqudşünaslığın yeni epoxası başlandı. 1999-cu ildə Dədə Qorqud heykəlinin Naxçıvan şəhərindəki Təbriz meydanında ucaldılması Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri zamanı sözügedən abidəni ziyarət etməsi geniş ictimaiyyətin yaradıcı ziyalıların bu mövzuya marağını artırdı. Yürüdülən məqsədyönlü ardıcıl siyasət "Dədə Qorqud" mövzusunu müstəqil dövlətçilik vətənpərvərlik tərbiyəsinin əsas istiqamətlərindən birinə çevirdi.

"Kitabi-Dədə Qorqud" dastanlarının xalqımızın milli-mənəvi özünüdərkin dövlət müstəqilliyinin mühüm hadisəsi kimi qiymətləndirilməsi siyasətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Onun göstərişi ilə Bakıda 13 dekabr 2013- ildə Dədə Qorqud abidəsinin ucaldılması "Dədə Qorqud parkı"nın salınması ilə Qorqud Atanın ölməz adı Azərbaycan paytaxtında rəsmi olaraq əbədiləşdirildi. Bu böyük mədəniyyət hadisəsindən dərhal sonra 28 dekabr 2013- ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Dədə Qorqud" dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında" Sərəncam da imzaladı. Sərəncamda da "Kitabi-Dədə Qorqud" dastanlarının çox mühüm azərbaycançılıq hadisəsi olması öz əksini tapıb: "Azərbaycan xalqının əsrlər boyu yaratdığı zəngin mədəni-mənəvi sərvətlər xəzinəsində "Kitabi-Dədə Qorqud" özünəməxsus layiqli yer tutur. Qəhrəmanlıq keçmişimizi parlaq əks etdirən bu misilsiz möhtəşəm sənət abidəsi milli varlığımızın müəyyənləşməsində mühüm rol oynamışdır. Əcdadlarımız barəsində yaradılmış ən böyük məşhur oğuznamələrdən ibarət "Kitabi-Dədə Qorqud" Ana dilimizin tükənməz ifadə imkanlarını özündə yaşadır. Azərbaycanın tarixi coğrafiyasını bütün genişliyi ilə əhatə edən monumental epos xalqımıza məxsus qədim adət ənənələrin, ulu babalarımızın dünyagörüşünün, mənəvi aləminin yüksək bədii zövqünün öyrənilməsində qiymətli mənbədir".

Bunlardan o nəticəyə gəlmək olar ki, "Kitabi-Dədə Qorqud" dastanları dünya dastan yaradıcılığının nadir hadisəsidir. Əminliklə deyə bilərik ki, dastanın yarandığı VII əsrə qədərki dövrdə, eyni zamanda boyların tam halda yazıya köçürüldüyü XVI əsrdə istər qərbdə, istərsə şərqdə "Dədə Qorqud" səviyyəsində bədii nəsr nümunəsinə rast gəlmək mümkün deyil.

Jalə QASIMZADƏ,

"Respublika".