Bu bizim haqqımızdır...
Digər xəbərlər

Bu bizim haqqımızdır...

Erməni vandalları "dənizdən-dənizə böyük Ermənistan" iddialarından əl çəkmək istəmirlər. Onlar zaman-zaman Azərbaycan ərazilərini işğal etmiş, həmişə türk xalqlarına qarşı düşmənçilik mövqeyində dayanmışlar. Ermənilər Rusiyanın əlində Türkiyəyə Azərbaycana qarşı terrorçuluq alətinə çevrilmişlər. Beynəlxalq qaydaları pozmaq terrorçuluq Ermənistanda dövlət siyasəti səviyyəsinə qaldırılmışdır.

Qədim Oğuz ellərində - Qərbi Azərbaycan ərazilərində bədnam qonşularımız 1905-1906 1918-1920-ci illərdə soydaşlarımıza qarşı amansız təcavüzkarlıq əməlləri törətmişlər.

Ermənilərin İrəvana, Zəngəzura, Göyçə mahalına digər Qərbi Azərbaycan torpaqlarına köçürülməsi hələ XVIII əsrin əvvəllərindən başlayaraq mərhələ-mərhələ həyata keçirilmişdir. Bu, erməni dövləti yaratmaq niyyəti güdən Rusiya imperiyasının çoxdankı işğalçılıq planlarının tərkib hissəsi idi. İran Türkiyə sərhədlərində xristian zolağı yaratmaq niyyətində olan Rusiya erməniləri başlıca olaraq dağlıq ərazilərə, habelə münbit torpaqları olan yerlərə köçürürdü.

Xaricdən gəlmiş ermənilər türk-Azərbaycan mənşəli soyadlarında bir-iki hərfi dəyişməklə sözlərin quruluşunu mürəkkəbləşdirmiş, onları erməni qəlibinə salmışlar. Qərbi Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin soydaşlarımıza qarşı düşünülmüş, planlı şəkildə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir.

Bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılmışdır. Bu, tarixi həqiqətdir. İrəvan xanlığında yaşayanların əksəriyyəti azərbaycanlılar idi. Zəngəzur mahalı Azərbaycandan zorla qoparılıb ki, böyük türk dünyasını parçalasınlar elə oldu.

İrəvan şəhərini Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi 1918-ci ildə Ermənistana hədiyyə etmişdir. İrəvan xanlığı əzəli Azərbaycan torpağıdır. Ermənilər bu bölgəyə qonaq kimi gəlmişlər. Ona görə, haqq-ədalət, tarixi həqiqət, beynəlxalq hüquq, iqtisadi imkanlar, hərbi potensial - bütün bu amillər tərəzinin bir gözündə, Ermənistanın qeyri-konstruktiv heç bir beynəlxalq normalara sığmayan siyasəti tərəzinin başqa gözündədir.

1918-ci ilin mart-iyul aylarında erməni daşnakları Qərbi Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətdilər. Beş ay ərzində minlərlə soydaşımız erməni faşizminin qurbanı oldu. Bu, bir daha onu sübut edir ki, Ermənistan dövlətinin ideologiyası faşizm üzərində qurulmuşdur.

"Ermənistan" adlı bir qara kölgə Qərbi Azərbaycanın başı üzərində dolaşmaqda idi. 1920-ci ilin yazında Tiflisdə parlament nümayəndələri Ermənistanın paytaxtını müəyyənləşdirmək məqsədilə müzakirəyə başladı. Qədim türk şəhəri İrəvanın Ermənistana paytaxt verilməsi parlament üzvü Həsən bəy Ağayev tərəfindən kəskin etirazla qarşılandı. 28 nəfər parlament üzvündən 16 nəfəri İrəvanın Ermənistan paytaxtı olmasına səs verdikdə Həsən bəy Ağayev etiraz əlaməti olaraq istefa verib parlament üzvlüyündən çıxdı. Bir neçə gündən sonra daşnaklar onu Tiflisdə qətlə yetirdilər.

1920-ci ilin əvvəlində Azərbaycanın Qazax qəzasının cənub hissəsində Ermənistanın Dilican qəzası yaradıldı. Zəngəzur qəzasının bir hissəsi Ermənistanda qaldı. Qeyd etmək lazımdır ki, XI Qızıl Ordu Ermənistanı işğal etdikdən 3 gün sonra, yəni 1920-ci il dekabrın 1- Rusiyanın təzyiqi ilə Azərbaycan Xalq Komissarları Şurası Dilicanı, Qaraqoyunlu dərəsini Göyçəni ermənilərə verdi.

1918-1920-ci illərdə Qərbi azərbaycanlılar öz doğma torpaqlarından deportasiya olundular.

1918-ci ildə polkovnik Silikyanın quldur dəstəsi Basarkeçəri üzük qaşı kimi dövrəyə aldı. Ermənilər Şişqaya, Kiçik Məzrə, Subatan digər kəndlərdəki soydaşlarımızı amansızlıqla qətlə yetirdilər.

Otuzuncu illərin əvvəllərində Sovet İttifaqında həyata keçirilən kollektivləşmə kampaniyası Ermənistanda geniş vüsət aldı, çox ciddi, çox sərt tərzdə həyata keçirildi. Varlı adamların var-dövləti, mal-qarası əlindən güclə alınıb kolxoz təsərrüfatına verildi. Bir az tərəddüd edənlər damğalandı, xalq düşməni kimi qələmə verildi. Bu qəbilədən olan azərbaycanlılar Qazaxıstana ya Sibirə sürgün edildilər.

"Xalq düşməni" adı ilə ittiham olunan bu ailələrə sürgündən sonra da öz ata-baba ocaqlarına dönməyə icazə verilmədi. 1937-ci illərdə erməni xəyanəti sayəsində Krasnoselo, Basarkeçər, Kəvər (Kamo) Martuni (Qaranlıq) rayonlarından 200-dən artıq ailə "qolçomaq" adı ilə sürgün edildi.

1948-1953- illərdə Qərbi azərbaycanlılar tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyaya məruz qaldılar. İ.Stalinin, Molotovun digər ermənipərəst rəhbərlərin xəyanəti sayəsində 150 min Qərbi Azərbaycandan olan soydaşlarımız ata-baba torpaqlarından "könüllülük" pərdəsi altında deportasiya olundu.

1988-ci ilin fevralından noyabr ayına qədər Qərbi azərbaycanlılar böyük amansızlıqla üzləşdilər. Sonuncu nəfərə qədər min illər yaşadığı torpaqları zülmlə tərk etdilər. Beləliklə, son 100 ildə indiki Ermənistan ərazisindən 2,5 milyon azərbaycanlı qəddarlıqla qovulub çıxarıldı.

Ermənilər qədər cəhd göstərsə, xarici havadarlarından dəstək alsalar da 2020-ci ildə qüdrətli Azərbaycan ordusunun qarşısında duruş gətirə bilmədilər. 30 ilə yaxın erməni vandalların işğalı altında olan ərazilərimiz azad olundu. Şuşada bu gün Azərbaycan bayrağı dalğalanır.

24 dekabr 2022-ci ildə Prezident İlham Əliyevin Qərbi Azərbaycan ziyalıları ilə görüşü oldu. Toplantıda ölkə başçısı dedi: "Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər".

Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışının təmini erməni faşizminin iflası baxımından da, mühüm önəm kəsb edir. Çox keçməyəcək ki, ata-baba yurdumuzda çal-çağırlı günlər başlayacaq, köç karvanları geri dönəcəkdir.

Qələndər CANBAXIŞOV,

Elmi-Tədqiqat Travmatologiya

Ortopediya İnstitutunun Travmatologiya

şöbəsinin müdiri, tibb üzrə elmlər doktoru,

professor, Əməkdar həkim.