Braziliyada 14 ildən sonra Amazon Sammiti keçirilib
Dünya xəbərləri

Braziliyada 14 ildən sonra Amazon Sammiti keçirilib

Amazon Əməkdaşlıq Müqaviləsi Təşkilatına (ACTO) üzv olan 8 ölkənin nümayəndələri 14 ildən sonra ilk dəfə Braziliyanın Belem şəhərində bir araya gəlib. 

"Respublika" "Cümhuriyet"ə istinadən xəbər verir ki, Cənubi Amerikada Amazon Yağış Meşəsi və Amazon hövzəsində davamlı artımı hədəfləyən Amazon Əməkdaşlıq Müqaviləsi Təşkilatı (ACTO) meşələrin qırılması ilə mübarizə və regionda davamlı inkişafın maliyyələşdirilməsi kimi məsələlərdə genişmiqyaslı razılaşma əldə etmək üçün bir araya gəlib.

Braziliyanın Belem şəhərində 14 illik fasilədən sonra ilk dəfə keçirilən sammitə Boliviya, Kolumbiya və Peru ilə yanaşı ev sahibi Braziliyanın da qatıldığı, Venesuela, Ekvador, Surinam və Qayanadan isə yüksək səviyyəli zirvəyə rəsmilər göndərib. 

Sammitdə ACTO-nun 2030-cu ilə qədər bölgədə meşələrin qırılmasının dayandırılması, qeyri-qanuni qızıl hasilatına son qoyulması və ətraf mühitin mühafizəsi ilə bağlı sui-istifadə hallarına polis qüvvələrinin birgə transsərhəd reaksiyasına dəstək kimi məsələlərdə razılığa gəlməsi gözlənilir.

Töhfə SƏMƏDOVA,

"Respublika".