Bosniya və Herseqovina KİV-ləri Prezident İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırıb
Digər xəbərlər

Bosniya və Herseqovina KİV-ləri Prezident İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırıb

Bosniya Herseqovinanın aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfəri, Rəyasət Heyətinin Sədri üzvləri ilə görüşləri, imzalanan strateji tərəfdaşlıq haqqında Bəyannamə iki ölkə rəhbərlərinin mətbuata bəyanatlarında söylədikləri fikirlər ilə bağlı silsilə məqalələr yayımlayıb.

AZƏRTAC xəbər verir ki, FENA informasiya agentliyinin yaydığı xəbərlərdə Bosniya Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçin Sarayevo şəhərinin Musala meydanında Prezident İlham Əliyevi rəsmi mərasimlə qarşıladığı bildirilib. Azərbaycan Prezidentinin Bosniya Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç, Rəyasət Heyətinin üzvləri Jelko Komşiç Denis Beçiroviç ilə görüşdüyü, həmçinin geniş tərkibdə görüşün keçirildiyi qeyd edilib. Bundan başqa, səfər çərçivəsində imzalanan "Azərbaycan Respublikası ilə Bosniya Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə"nin əhəmiyyəti vurğulanıb, bu sənədin ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyəyə çatdırılması üçün geniş imkanlar açdığı bildirilib.

"Faktor.ba", "atvbl.rs", "centralna.ba" nəşrlərinin yaydığı xəbərlərdə Prezident İlham Əliyevin mətbuata bəyanatına istinad edilərək, İkinci Qarabağ müharibəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edən zaman Bosniya Herseqovinanın qətiyyətli şəkildə ölkəmizi dəstəklədiyini vurğuladığı bildirilib. Bunun dostluq qardaşlıq mövqeyi olduğu, Azərbaycanın da Bosniya Herseqovinanın ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını dəstəklədiyi qeyd edilib.

"Danas.rs" saytında yayımlanan məqalədə Azərbaycan ilə Bosniya Herseqovina arasında imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əhəmiyyəti qeyd olunub, iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

"Avaz.ba" nəşrində dərc edilən məqalədə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə geniş yer verilib. Aparılan fikir mübadiləsi əsnasında Bosniya Herseqovina-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı vahid mövqeyə gəlindiyi, əlaqələrin bundan sonra yüksələn xətlə inkişaf edəcəyi bildirilib. Bosniya Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviçin iki ölkənin əməkdaşlığında yeni səhifə açıldığını daha səmərəli əməkdaşlığa başlandığını bildirdiyi qeyd edilib.

"Radiosarajevo.ba", "startbih.ba", "6yka.com" nəşrlərinin yaydığı xəbərlərdə Bosniya Herseqovinada Azərbaycan səfirliyinin açılmasının əhəmiyyəti qeyd olunub, Bosniya Herseqovinanın Bakıda səfirliyinin açılması barədə qərar verildiyi bildirilib. Məqalələrdə Bosniya Herseqovina ilə Azərbaycanın hazırda praktiki əməkdaşlığa başladığı qeyd olunub.

"Klix.ba" "Oslobodjenje.ba" saytlarında yayımlanan məqalələrdə Prezident İlham Əliyevin iki ölkə arasında energetika sahəsində çox geniş imkanların olduğunu qeyd etdiyi bildirilib. Müntəzəm olaraq siyasi diplomatik müstəvidə məsləhətləşmələrin aparılacağı, iqtisadi sahədə daha məqsədyönlü işlərin görüləcəyi, Birgə İqtisadi Komissiyanın yaradılması haqqında qərarın qəbul edildiyi, həmçinin konkret layihələr üzrə işçi qrupunun yaradılmasının razılaşdırıldığı vurğulanıb.

"Politika.rs" portalının yaydığı materialda Prezident İlham Əliyevin mətbuata bəyanatına istinad edilərək, Azərbaycanın ərazi bütövlüyü daxil olmaqla bütün məsələlərdə Bosniya Herseqovinanı dəstəklədiyi qeyd olunub. İki ölkənin münasibətlərində yeni səhifənin açıldığı, Azərbaycan ilə Bosniya Herseqovina arasında əlaqələrin genişlənəcəyi bildirilib.

"Balkannews.ba", "Bosnaglobal.net", "Tip.ba", "Etto.ba" saytlarında Azərbaycanın Bosniya Herseqovina üçün çox mühüm ölkə olduğu, hər iki ölkənin paytaxtları - Bakı Sarayevonun 1972-ci ildə qardaşlaşdığı, həmçinin ölkələrimiz arasında nəqliyyat, energetika, turizm digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğu bildirilib. Bosniya Herseqovina ilə Azərbaycanın çoxkonfessiyalı ölkələr olduğu, mədəniyyətlərarası dialoqun dərinləşdirilməsinin təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib.

"N1info.ba" saytında dərc edilən yazıda Azərbaycanın hər hansı bir çətinlik baş verən vaxtda hər zaman Bosniya Herseqovinanın yanında olduğu bildirilib. Azərbaycanın 2014- ildə Bosniya Herseqovinada baş vermiş daşqın zamanı, eləcə pandemiya dövründə yardım göstərdiyi qeyd olunub. Azərbaycanın Bosniya Herseqovinanın bəzi şəhərlərində infrastruktur layihələri həyata keçirdiyi, Banya Luka şəhərində tibb mərkəzinin yaradıldığı, Sarayevoda dostluq parkının salındığı tibb müəssisəsinin təsis edildiyi bildirilib.

"Slobodna-bosna.ba" saytında yayımlanan məqalədə Bosniya Herseqovina ilə Azərbaycanın imzalanan Bəyannamə ilə strateji tərəfdaşa çevrildiyi, daha sıx siyasi dialoqun səmərəli iqtisadi əməkdaşlığın yaradıldığı vurğulanıb. Prezident İlham Əliyevin iki ölkə münasibətlərində yeni səhifənin başladığını qeyd etməsi, strateji tərəfdaşlıq haqqında Bəyannamədə gələcək inkişafın istiqamətlərinin göstərildiyini bildirməsi qeyd olunub.