Bölgələrdə magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
Gündəm

Bölgələrdə magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Aprelin 25-də əsasən gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görmə məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

Bu barədə "Respublika"ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.