BMT missiyasının Qarabağa növbəti səfəri başlayıb
Siyasət

BMT missiyasının Qarabağa növbəti səfəri başlayıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) missiyasının Qarabağa növbəti səfəri başlayıb.

"Respublika" xəbər verir ki, missiyanın üzvləri bu gün səhər saatlarında Ağdam-Əsgəran-Xankəndi istiqamətində hərəkət edib.

Qeyd edək ki, BMT missiyası bundan öncə oktyabrın 1-də Qarabağda olub. Missiyanın məqsədi vəziyyətlə yerində tanış olmaq və sakinlərin humanitar ehtiyaclarını müəyyən etməkdir.