Beşinci Brüssel görüşü: Münasibətlərin normallaşdırılmasına doğru növbəti addım
Siyasət

Beşinci Brüssel görüşü: Münasibətlərin normallaşdırılmasına doğru növbəti addım

Mayın 14- Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü oldu. Beləliklə, müəyyən fasilədən sonra Brüssel formatı bərpa edildi.

Danışıqlardan sonra Ş.Mişel  yekunlarla bağlı açıqlama veribBildirib ki, fikir mübadiləsi  açıq nəticəyönümlü olub: "Əsas diqqət Azərbaycan Ermənistan  arasında münasibətlərin  normallaşdırılması prosesinə yönəlmişdi. Liderlər Cənubi Qafqazda  sülhün bərqərar olunması üçün  birgə istəklərini ifadə etdilər. Mən müvafiq səyləri təqdir edirəm. Biz gündəliyimizdə olan  bütün məsələləri birlikdə nəzərdən keçirdik. Bu yaxınlarda sülh sazişi ilə bağlı ABŞ-da keçirilmiş  müsbət danışıqlardan sonra bu impuls  saxlanılaraq Azərbaycan Ermənistan arasında  əhatəli sülh sazişinin  imzalanması üçün  qətiyyətli addımlar atılmalıdır".

Qeyd edib kitərəflər sərhəd məsələləri ilə  bağlı ikitərəfli  görüşlərin bərpasına dair  razılığa gəliblər. Liderlər 1991-ci ilin Alma-Ata  Bəyannaməsinə Ermənistanın 29,800 kvadratkilometr  Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin  toxunulmazlığına  birmənalı sadiqliklərini təsdiq ediblər. Bununla yanaşı, Ş.Mişel bəyan edib ki, tərəflər regionda  nəqliyyat iqtisadi əlaqələrin bərpası  istiqamətində  müzakirələrdə aydın irəliləyişə nail olublar.

Onu da xüsusi qeyd etmək lazımdır ki, Zəfərlə başa çatan Vətən müharibəsində işğal altında olan torpaqların həm döyüş, həm diplomatik yolla azad  edilməsi Azərbaycanın  döyüş meydanında diplomatiya sahəsində  gücünü bütün dünyaya göstərdi. Cənubi Qafqazda tezliklə  sülhün bərqərar olmasını istəyən Azərbaycan Ermənistana sülh müqaviləsinin  imzalanmasını təmin edəcək 5 prinsip təqdim etdi. Azərbaycan Ermənistan arasında  münasibətlərin normallaşması  istiqamətində ölkəmiz tərəfindən  atılan addımlara, Ermənistanla  sülh müqaviləsi imzalamağa hazır olmağımıza dair ən yüksək  səviyyədə edilən  bəyanatlara baxmayaraqötən müddət ərzində Ermənistan tərəfindən buna qarşılıq verilmədi, Azərbaycan-Ermənistan arasında   gərginliyin aradan qaldırılmasıpostmünaqişə dövrü reallıqlarının qəbul edilməsi, bütövlükdə Cənubi Qafqazda  sülh təhlükəsizliyin  təmin olunmasında maraqlı  olan Avropa İttifaqı vasitəçilik missiyasını üzərinə götürdü.

Bu günədək ölkə liderləri arasında  bir neçə dəfə görüş keçirilib. Bunlardan beş görüş Avropa İttifaqının  təşəbbüsü ilə baş tutub. Bu görüşlərdə Azərbaycan-Ermənistan arasında həll  olunmayaraq gündəlikdə qalmış məsələlərin  çözülməsi üçün yol xəritələri cızılıb müəyyən  məqamlar razılaşdırılıb. İntensiv müzakirələrlə müşayiət olunan  bu görüşlərin nəticələri  barədə rəsmi bəyanatlar verilib, irəliyə doğru atılan addımın konkret əməli  nəticələrə vəsilə  olacağına əminlik  ifadə edilib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin  verdiyi bəyanatlarda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə  danışıqlara başlanılmasının, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət baza prinsiplərinin  qəbulu onun əsasında  predmetli danışıqlara başlanılmasının vacibliyi ifadə olunsa daErmənistan indiyə qədər Ermənistan-Azərbaycan keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dünyanın  ən nüfuzlu təşkilatlarının  qətnamə qərarlarına məhəl qoymadığı kimiBrüssel görüşlərinin sülhə tərəqqiyə  xidmət gündəliklərini heçə sayıb, Azərbaycana qarşı  təxribatlar törədib, Ermənistan-Azərbaycan sərhədində qarşıdurmalar yaradıbBu isə ermənilərin  sülh istəyində  olmadığını göstərir.

Ötən il oktyabrın 6-da  Çexiya Respublikasının paytaxtı Praqa şəhərində keçirilən "Avropa siyasi birliyi" Zirvə Toplantısında  Azərbaycan-Ermənistan münasibətləri  yenidən müzakirə obyekti olduAvropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyan  arasında baş tutan  dördtərəfli görüşün nəticələri isə  Azərbaycanın növbəti diplomatik qələbəsi kimi qiymətləndirilir.

Dünyada həllini tapmayan münaqişə ocaqlarının  mövcudluğu bu ocaqların artması, daha da alovlanması fonunda İlham Əliyevin 30 illik  işğala son qoyaraq Azərbaycanın ərazi bütövlüyünü  təmin etməsi istiqamətində  yürütdüyü prinsipial siyasətböyük vətənpərvərliksiyasi peşəkarlıq gerçək  liderlik keyfiyyətlərinin  bir bütündə  təcəssümüdür.

Praqa görüşünün sonunda  qəbul edilən bəyanatda  əksini tapan müddəalardan biri   dövlətlərin ərazi bütövlüyü  suverenliyinin tanıması ilə bağlı olması da  Azərbaycan liderinin  dönməz fəaliyyətinin nəticəsi idi. Belə kiBəyanatda Azərbaycan Ermənistan bir-birinin ərazi bütövlüyünüsuverenliyini tanıdı, BMT Nizamnaməsi əsas götürüldüBu isə o deməkdir kiQarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu  bir daha təsdiq edildiElə sərhəd monitorinq missiyasının Azərbaycanın deyil, yalnız Ermənistan ərazisində  yerləşdiriləcəyinin  sənəddə təsdiqini tapması da  ölkəmizin suverenliyinə, müstəqil siyasətinə qədər böyük dəyər verdiyinin təsdiqi idi. Bu, həm   ölkəmizin müstəqil  siyasət yürütməsinin əyani sübutu kimi   əhəmiyyətlidir.

Praqa görüşündən bir həftə sonra Fransa Prezidenti E.Makron  müsahibəsində Azərbaycanı  törətmədiyi işlərdə tənqid etdi. Daha sonra Fransa SenatıFransa Milli Assambleyasında anti-Azərbaycan qətnamələri qəbul etdi. Bunun ardınca Fransanın  Frankofoniya  sammiti vasitəsilə Azərbaycana qarşı hücum cəhdi olduBütün bunlardan sonra  dövlət başçımız 2022-ci il dekabrın 7- Avropa  İttifaqı Şurasının  Prezidenti Şarl Mişelin  vasitəçiliyilə keçirilməsi  planlaşdırılan görüşdə  E.Makronun iştirak edəcəyi təqdirdə  Brüssel danışıqlarının  baş tutmayacağını bildirdi.

Dövlət başçısı, həmçinin bəyan etdi kiErmənistan-Azərbaycan münasibətlərinin  normallaşdırılması istiqamətində  aparılan danışıqlarda E.Makron kimilərinin iştirakına ehtiyac yoxdurBrüssel formatı bu şərtlər daxilində  fəaliyyətini davam  etdirmək niyyətindədirsə, biz digər alternativləri  nəzərdən keçirəcəyik.

Bu baxımdan, Brüssel görüşü Azərbaycanın diplomatik uğurlarının davamı kimi  dəyərləndirilməlidir. Beləliklə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına doğru daha bir addım atıldı...

Zümrüd QURBANQIZI,

"Respublika".