Baş prokurorluğun əməkdaşları Fəxri Xiyabanı ziyarət ediblər
Gündəm

Baş prokurorluğun əməkdaşları Fəxri Xiyabanı ziyarət ediblər

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə əlaqədar Baş prokuror Kamran Əliyev, prokurorluğun rəhbər heyəti və prokurorluq əməkdaşları Fəxri xiyabanı ziyarət edərək dünya şöhrətli siyasətçinin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub.