BAKI ENERJİ HƏFTƏSİ: Üç mötəbər tədbir bir arada
İQTİSADİYYAT

BAKI ENERJİ HƏFTƏSİ: Üç mötəbər tədbir bir arada

Paytaxtımız Bakı mayın 31-dən iyunun 3-dək üç mötəbər tədbiri bir arada birləşdirən Bakı Enerji Həftəsinə ev sahibliyi edir. Tədbir çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft Qaz Sərgisi - "Caspian Oil&Gas", 11-ci Xəzər Beynəlxalq Energetika Yaşıl Enerji Sərgisi - "Caspian Power" 28-ci Bakı Enerji Forumu keçirilir. "Caspian Oil&Gas" "Caspian Power" sərgiləri Bakı Ekspo Mərkəzində, Bakı Enerji Forumu isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil olunub.

Tədbirlərdə 38 ölkədən 331 şirkət iştirakını təsdiq edib. Azərbaycanla yanaşı, Amerika Birləşmiş Ştatları, Almaniya, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çin, Əlcəzair, Filippin, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Küveyt, Qazaxıstan, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Tayland, Türkiyə, Vyetnam Yaponiya tədbirdə təmsil olunurlar.

Ölkəmizdə beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsü müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi dövlət xadimi Heydər Əliyev tərəfindən irəli sürülüb. 1994- ildə, sərgilər elə ilk təşkil edildiyi gündən Ümummilli Lider tərəfindən dəstəklənib. Bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd olunur. Bu əlamətdar hadisə təqvimdə olan bütün sərgilərin proqramlarında da öz əksini tapır. Bakı Enerji Həftəsinin təşkilatçıları iştirakçıları Azərbaycanın sərgi sənayesinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin rolunu heç vaxt unutmur xatirəsini dərin ehtiramla yad edirlər. Bu məqsədlə, Bakı Enerji Həftəsi çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş poçt markası buraxılıb. Tədbir çərçivəsində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş stend nümayiş olunur.

Azərbaycan paytaxtı artıq bir müddətdir ki, nüfuzlu tədbirlərin təşkil edildiyi mühüm qərarların əməkdaşlıqların müzakirə edildiyi məkana çevrilib. Bundan əlavə, Azərbaycanın enerji sahəsində həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz artıq enerji sektorunda öz sözünü demişdir. Bu gün Azərbaycan yalnız özünün deyil, digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

"Caspian Oil&Gas" sərgisi artıq neft, qaz enerji sektorunda əhəmiyyətli əməkdaşlıqlar üçün bir platformaya çevrilib. Hər il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılış mərasimində iştirakı isə sərginin yüksək statusunu bir daha təsdiqləyir. Uzun illər uğurla təşkil edilən sərgiyə ABŞ, Böyük Britaniya, Türkiyə digər ölkələrin birinci şəxsləri öz təbrik məktublarını göndərirlər.

Xəzər Beynəlxalq Energetika Yaşıl Enerji - "Caspian Power" sərgisinin gündəmində beynəlxalq yerli şirkətlərin energetika bərpa olunan enerji mənbələrinin inkişafı istifadəsi sahəsindəki yeniliklər bununla bağlı təkliflər əks olunur. Sərgidə günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, nüvə enerjisi, maşınqayırma enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri elektromobillər, enerji resurslara qənaət edən texnologiyalar digər mövzular müzakirə olunacaq.

Bakı Enerji Forumu ilə yaz sərgi mövsümünə yekun vurulacaq. Forumda həm Azərbaycan, həm Xəzər regionu üçün vacib olan enerji məsələləri müzakirə olunacaq. Ənənəvi olaraq forumda 600-dən çox nümayəndə iştirak edəcək. Tədbir zamanı keçid dövründə qlobal enerji təhlükəsizliyi, Azərbaycanın enerji sektorunun Avropanın enerji təhlükəsizliyi enerji balansında rolu s. daxil olmaqla keçid dövründə yeni enerji şərtləri ilə bağlı müzakirələr aparılacaq. Yeni qlobal enerji nizamının inkişaf ssenarilərinə həsr olunmuş dəyirmi masada qlobal enerji keçidi prosesi, enerji böhranı zamanı enerji keçidinin sürətləndirilməsi yolları kimi mövzular müzakirə ediləcək

Bakı Enerji Həftəsi mühüm tərəfdaşlıqların formalaşdığı bir platforma rolunu oynayır. Bu il tədbir çərçivəsində yeni əməkdaşlıqlara imza atılacağı gözlənilir. Belə ki, tədbirin 3- günü Bakı Konqres Mərkəzində "4sım", "Caspian Event Organisers" "Iteca Caspian" şirkətləri arasında əməkdaşlıq memorandumu imzalanacaq.

Həmçinin ənənəvi olaraq, sərgilər çərçivəsində ikitərəfli işgüzar görüşlər (B2B) keçiriləcək.

Bundan başqa, Bakı Enerji Forumu çərçivəsində "Mini Boss" məktəbinin tələbələrinin "Econotes" adlı startapı nümayiş olunacaq. Startapın ideyası baş tərəfində toxum olan qələmlərdir. "Econotes" Azərbaycanda ekoloji cəhətdən təmiz materiallardan hazırlanmış qələmdir. Forumda iştirak edən nümayəndələrə bu qələm təqdim olunacaq.

Qeyd edək ki, builki Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycanın Naxçıvan şəhərində mühüm mövzuları əhatə edən sessiyalar keçiriləcək. Belə ki, "Heydər Əliyev İli" kontekstində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş xüsusi sessiya şəhərin tarixi əhəmiyyətini əks etdirəcək. Bundan başqa, dövlət səviyyəsində Naxçıvanı yaşıl enerji zonasına çevirmək planlaşdırılır. Bununla əlaqədar olaraq, "Naxçıvan Şərqi Zəngəzurun bərpa olunan enerji potensialı'' mövzusunda sessiya təşkil edilməsi böyük əhəmiyyət kəsb edir. Tədbir çərçivəsində panel iclaslarından əlavə olaraq mədəni proqram - Naxçıvan şəhər turu konsert proqram da nəzərdə tutulur.

Ülvi QARAYEV,

Respublika”.