Reklam və elanlar

"AZSIĞORTA" ASC sığorta hadisələri nəticəsində zərər görmüş avtomobillərin təmiri və bərpasına görə təmir stansiyalarının seçilməsinə dair tender elan edir.

Tenderdə iştirak etmək istəyən müəssisələr aşağıdakı meyarlara cavab verməlidirlər:

1. Təmir stansiyasının aşağıdakı ərazilərdən birində yerləşməsi:

- Yasamal-Badamdar

- Nəsimi-Binəqədi

- Babək prospekti

- Nərimanov-Gənclik metro stansiyası

- Qaradağ-Lökbatan.

2. Avtomobilin təmiri ilə bağlı bütün xidmətlərin bir məkanda yerləşməsi

3. Təmir stansiyasının yanğın-təhlükəsizlik qaydalarına riayət etməsi və müşahidə-nəzarət kameraları ilə təchiz olunması

4. Qəzalı avtomobillər üçün dayanacağın olması

5. Qəzalı ehtiyat hissələrinin saxlanılması üçün anbarın olması.

Tenderdə iştirak etmək istəyən müəssisələr 10.12.2023-cü il tarixinədək müraciət məktubunu Cəmiyyətimizə ünvanlaya bilərlər.