Azərkosmos dünyanın 34 ölkəsinə telekommunikasiya və  optik peyk xidmətləri göstərir
Digər xəbərlər

Azərkosmos dünyanın 34 ölkəsinə telekommunikasiya və  optik peyk xidmətləri göstərir

2022-ci ilin yanvar-iyun aylarında "Azərkosmos" tərəfindən dünyanın 34 ölkəsinə 13,1 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87 faizini təşkil edib. 2022-ci ilin iyun ayında isə "Azərkosmos" dünyanın 32 ölkəsinə 2,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

İqtisadi İslahatların Təhlili Mərkəzinin"İxrac İcmalı"nın iyul sayındakı məlumatda bildirilir ki, 2022-ci ilin yanvar-iyun ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 3,3 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,8 milyon ABŞ dolları ilə Fransa, 2,2 milyon ABŞ dolları ilə Lüksemburq, 1,2 milyon ABŞ dolları ilə BƏƏ və 0,7 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.

Bəybala BƏYBALAYEV,

"Respublika".