Azərbaycanlı paracüdoçu Avropa çempionu olub
Gündəm

Azərbaycanlı paracüdoçu Avropa çempionu olub

Azərbaycan para-cüdoçusu Şəhanə Hacıyeva Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında qızıl medal qazanıb.

"Respublika" xəbər verir ki. Milli Paralimpiya Komitəsi bu barədə məlumat verib. İdmançımız Şəhanə Hacıyeva 48 kq çəki dərəcəsində birinci yeri tutub.

Bu, Azərbaycan yığmasının qitə birinciliyində əldə etdiyi ilk medaldır.