Azərbaycanın xarici işlər naziri ispaniyalı həmkarı ilə regionda baş verən hadisələri müzakirə edib
Siyasət

Azərbaycanın xarici işlər naziri ispaniyalı həmkarı ilə regionda baş verən hadisələri müzakirə edib

Mayın 17- Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının Dövlət Hökumət Başçılarının 4- Zirvə Görüşü çərçivəsində İspaniya Krallığının xarici işlər, Avropa İttifaqı əməkdaşlıq naziri Xose Manuel Albares Bueno ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə İspaniya arasında ikitərəfli çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regionda baş verən hadisələr müzakirə olunub.

Nazir Ceyhun Bayramov iki ölkə arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni, humanitar, turizm s. sahələr üzrə əməkdaşlıq gündəliyindən bəhs edərək, əlaqələrin inkişafı perspektivlərinin geniş olduğunu bildirib. Bu xüsusda, iki ölkə arasında alternativ enerji resurslarının inkişafı sahəsində əməkdaşlıq imkanlarının olduğu qeyd edilib.

İkitərəfli münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, eləcə siyasi dialoqun gücləndirilməsi baxımından təmasların artırılmasının əhəmiyyəti vurğulanıb.

Postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın bölgədə bərpa, quruculuq sülh səyləri barədə qarşı tərəfi məlumatlandıran nazir Ceyhun Bayramov Ermənistan tərəfinin davamlı hərbi-siyasi təxribatlarının, mina təhdidini davam etdirməsinin sülh prosesinin irəlilədilməsinin qarşısında duran əsas çağırışlardan olduğunu vurğulayıb. Azərbaycanın ərazi bütövlüyü suverenlik prinsipləri əsasında sülh prosesinə sadiqliyi diqqətə çatdırılıb.

Nazir Xose Manuel Albares Bueno Azərbaycanla həm ikitərəfli səviyyədə, həm beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Bu xüsusda, iki ölkə arasında münasibətlərin inkişafında keçirilmiş siyasi məsləhətləşmələrin rolu müsbət qiymətləndirilib. Nazir Xose Manuel Albares Bueno İspaniyanın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışıqlar prosesini dəstəklədiyini qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.