Azərbaycanın kunfu millisi dünya çempionatında 37 medal qazanıb
İdman

Azərbaycanın kunfu millisi dünya çempionatında 37 medal qazanıb

Azərbaycanın yeniyetmələr, gənclər və böyüklərdən ibarət kunfu millisi dünya çempionatında uğurla çıxış edib.

"Respublika" xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Çin Döyüş Növləri Assosiasiyasının dəstəyi ilə mundiala yollanan yığma yarışı 37 medalla başa vurub. Onlardan 28-i qızıl, 6-sı gümüş, 3-ü isə bürünc mükafatdır.

Qeyd edək ki, yarış İtaliyanın Karrada şəhərində keçirilib.