Azərbaycanın ilk səssiz filmi:
Sosial həyat

Azərbaycanın ilk səssiz filmi: "Neft və milyonlar səltənətində"

XIX əsrin sonlarında Bakı "qara qızıl" hesabına Zaqafqaziyanın mədəniyyət mərkəzi kimi tanınır. Dünyanın dörd bir yanından yurdumuza axın başlayır. 1915-ci ildə məşhur neft sənayeçiləri olan Pirone qardaşları da Bakıya gələrək burada "Filma" Səhmdar Cəmiyyətini yaradırlar. Şəhərin mərkəzində - Birja küçəsi 3 saylı binada (indiki Ü.Hacıbəyli küç.) yerləşən cəmiyyət 1915-1916- illərdə bir neçə bədii filmin, eyni zamanda neft sahibkarlarının köməkliyi ilə İbrahim Musabəyovun "Neft milyonlar səltənətində" romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişinə başlayır. Filmi çəkmək üçün Peterburqdan rejissor Boris Svetlov operator Qriqori Lemberq dəvət edilir.

Filmin ekranlara buraxılması ilə əlaqədar "Baku" qəzetinin 14 may 1916- il sayında belə bir elan dərc edilmişdi: "Bu il mayın 14-dən "Neft milyonlar səltənətində" filminin 1-ci seriyası nümayiş etdiriləcək. Kinodram İbrahim bəy Musabəyovun povesti əsasında çəkilib. Film tammetrajlı olduğuna görə hər axşam yalnız üç seans göstəriləcək".

"Yeni iqbal" qəzetinin 1916- il 7 iyul tarixli nömrəsindəki elanda deyilirdi: "Elektroteatr "Edisson"un ekranında öz dostlarınızı tanışlarınızı görəcəksiniz...", "Müsəlman artistlərindən Hüseyn Ərəblinski cənabları qeyriləri iştirak edəcəkdirlər", "Görməyə təcil ediniz", "Ancaq dörd gündür", "Mədənlərdə vaqe olmuş böyük yanğın dəxi göstəriləcəkdir".

Azərbaycanda ilk səssiz film olan "Neft milyonlar səltənətində"ki yazılar iki dildə - Azərbaycan rus dillərində yazılıb. Filmdə neft Bakısının XX əsrin əvvəllərindəki həyatı, Bakı müsəlman milyonçularının məişəti, neft mədənlərində ən çətin şəraitdə işləyib yaşayan fəhlələrin ağır güzəranı ekranda canlandırılır. Varlı neft sahibkarlarının xoş firavan həyat sürmələri, yoxsul fəhlələrin acınacaqlı həyatı, gecə-gündüz neft mədənlərində işləyib bir parça çörək pulu qazanmaları bu kimi digər səhnələr tamaşaçıda dövrün ab-havası, neftin insan həyatında oynadığı təzadlı rol barədə müəyyən təsəvvür yaradır. Baş verən bütün əhvalatlar isə əsərin qəhrəmanı Cəlilin taleyi fonunda cərəyan edir. Yoxsul kimsəsiz Cəlil təsadüf nəticəsində varlı bir neft sahibkarına çevrilir. Amma burjua cəmiyyətinin ali təbəqəsinə qədər yüksələn bir kasıbın burada özünə yer tapa bilməməsi buna mənən hazır olmaması onun faciəsi ilə nəticələnir.

Bakı şəhərinin yaxınlığında yaşayan yoxsul bir dul qadın qulluqçuluq etməklə ailəsini güclə dolandırır. Ana məktəb yaşına çatmış oğlunu mədrəsəyə qoyur. Lakin az sonra onu mədrəsədən çıxarırlar. Əlacsız qalan qadın oğlunu tacir Həsənin yanında işə düzəldir. Bir neçə ildən sonra anası vəfat edən Cəlil evə qayıdır. Onların kasıb evi bir parça torpağı varlı Lütfəli bəyin geniş malikanəsinin yanında yerləşirdi. Bir neçə il gəlib keçir, Abşeron torpağının hər yerində neft buruqları getdikcə artır. Buruqlar fontan vurur, sahibkarlara ağlagəlməz dərəcədə var-dövlət gətirir. Uzun danışıqlardan sonra Lütfəli bəylə Cəlil şərik olub, ikincinin həyətində bir neft quyusu qazdırırlar. Tezliklə yeni quyu fontan vurur, Cəlil varlanır, mülklər alır, gəmilər, mədənlər sahibi olur.

Qonşusunun ölüm xəbərini eşidən Cəlil qocanın qızı, onun uşaqlıq dostu Şəfiqəyə başsağlığı verməyə gedir. Şəfiqə böyümüş, gözəl bir qız olmuşdu. Bunu görən Cəlil Şəfiqəyə aşiq olur evlənirlər.

Cəlil ata-baba adətinə zidd olaraq öz gənc yoldaşını başqalarından gizlətmir.

Lütfəli bəy Şəfiqənin gözəlliyinə heyrandır. O, münasib vaxt tapıb öz məhəbbətini açır. Lakin Şəfiqə ona qapını göstərir. Lütfəli bəy intiqam almaq üçün Cəlili məhv etmək planları qurur. Lütfəli bəyin təsiri ilə Cəlil sərxoşluğa, qumara başqa pis əməllərə qurşanır, sirkdə atçapan gözəl bir qadınla tanış olur, ona külli miqdarda pul xərcləyir. Lütfəli bəylə əlbir olan atçapan qadın Cəlillə birlikdə səyahətə çıxır onun pullarını götürüb qaçır. Cəlil ayılıb özünü müflis görür.

Bu müddət ərzində Lütfəli bəy Cəlilin evini əlinə keçirir, Şəfiqəni qovur. Şəfiqə bir zamanlar əri ilə tacir Həsənin yanında qulluq edən qoca Qurbanın evində özünə sığınacaq tapır. Cəlil Bakıya qayıdır. O, Şəfiqəni oğlunu tapır. Lakin ailəsinin ağır günlərinə dözə bilməyən Cəlilin ürəyi partlayır. Cəlilin ölümündən xəbər tutan hiyləgər Lütfəli bəy Şəfiqəyə evlənmək təklifi edir. Şəfiqə bu təklifi eşitcək səbri tükənir, bıçağı Lütfəli bəyin sinəsinə sancır.

Filmdə əsas rolları Hüseyn Ərəblinski, Vladimir Lenin, K.M.Piontkovskaya, Regina Lazareva, Yevgeni Muromski, Y.S.Orlitskaya, Y.V.İvanovski, Vladimir Vyazemski N.M.Dobrınin ifa edirlər. Lütfəli bəy rolunu ifa edən Azərbaycanın görkəmli teatr kino xadimi Hüseyn Ərəblinski ilk azərbaycanlı kino artisti hesab olunur. Film Ərəblinskinin çəkildiyi ilk son filmdir.

Məşhur tarzən Qurban Pirimov sənətşünas N.Sadıxovla söhbətində bu barədə danışarkən deyir: "Filmin "Toy" "Kazinoda şənlik" epizodlarında xanəndə Cabbar ilə mən çəkilmişdim. Mən çalırdım, Cabbar oxuyurdu. H.Ərəblinskinin oynaması mənim çox xoşuma gəlirdi. Lütfəli bəyin par-par parıldayan faytondan düşməsi indiki kimi yadımdadır. Onun iti baxışları elə bil gözümün qabağındadır. Lütfəli bəyin obrazı Ərəblinskiyə çox yaraşırdı".

Kinorejissor Məmməd Əlili o dövrlə bağlı xatirələrində yazırdı: "1914- ilin axır günləri idi. Cəfər Cabbarlının evinə getmişdim. O, mənə dedi ki, artist Murad Muradov deyib ki, Peterburqdan kino çəkmək üçün Bakıya bir dəstə gələcək. Sonra Cəfər mənə başa saldı ki, kinonun mənzərə hissələri Bakı şəhərində, neft mədənləri isə Balaxanı kəndində çəkiləcək. Sən Balaxanıda oxumusan, o yerləri yaxşı bilirsən. Onlara çox köməyin dəyə bilər. Onlar çəkiliş üçün mollaxanalardan uşaq seçəcəklər. Çox güman ki, sizin yanınıza da gələcəklər. Zirək tərpən, fürsəti əldən vermə. Qoy bizlərdən bir artist çıxsın ortaya.

Bir neçə gündən sonra artist Murad Muradov filmin rejissoru Boris Svetlovla bizim mollaxanaya gəldilər. Sınaq çəkilişləri üçün beş nəfər uşaq seçdilər. Artıq yaşım ötdüyü üçün Cəlilin uşaqlıq roluna yaramadım. Amma kütləvi səhnədə çəkildim. Maraqlısı odur ki, filmin çəkilişinin axırına kimi mən bir növ qeyri-rəsmi rejissor köməkçisi işlədim.

Murad Muradovun, xüsusilə Cəfərin filmi çəkən dəstəyə çox köməyi olurdu. Filmin inandırıcı səhnələrindən biri Bayıl tərəfdə çəkilmişdi. C.Cabbarlının məsləhəti ilə yuxarı məhəllənin arvad-uşaqlarını xalça-palaz yumaq üçün Bayıla gətirtdirirdim. O vaxtlar hələ Bakıya çəkilən Şollar suyu gəlmədiyindən əhali quyulardan istifadə edirdi bu suyu səhənglərdə evlərə daşıyırdılar. Bu səhnələr filmdə çox inandırıcı çıxmışdı. Filmi çox qısa müddətə - dörd aya çəkib başa vurdular".

Çox təəssüf ki, bu film yalnız qəzet resenziyalarında, bukletlərdə qalıb. Əvəzsiz tarixi filmimiz bu günə gəlib çatmayıb. Bir ehtimal var ki, 1918-ci il hadisələri vaxtı Tağıyev teatrı növbəti dəfə yananda orda saxlanılan "Neft milyonlar səltənətində" filmi yanıb külə dönüb. Ancaq kinoşünas Aydın Kazımzadə bu ehtimala inanmır:

"Filma" şirkətinin öz ofisi (keçmiş Birja - Ü.Hacıbəyov) var idi. Filmi niyə teatrda saxlamalıydı ki? Ola bilsin, film Rusiyanın kino arxivində olub. Sonralar yararsız hala düşdüyündən, atılıb. Mən bu filmi çox axtardım, təəssüf ki, bir nəticə vermədi...".

Mərhum rejissor Fikrət Əliyev tərəfindən 1980-ci ildə ekranlaşdırılan "Qızıl uçurum" filmi "Neft milyonlar səltənəti"nin ikinci variantdır. Filmdə Cəlil rolunda Əliabbas Qədirov, Lütfəli bəy rolunda isə Hamlet Xanızadə çəkiliblər.

1983- ildə Leninqradda XIV Ümumittifaq kinofestivalında rejissor Fikrət Əliyevə uğurlu debütə görə priz verilmişdir.

Jalə QASIMZADƏ,

"Respublika".