Azərbaycanın dövlət sərhədini pozan ermənilərin məhkəməsi başlayır
Digər xəbərlər

Azərbaycanın dövlət sərhədini pozan ermənilərin məhkəməsi başlayır

3 iyul “ASAN radio”-dan məlumat verilir ki, Azərbaycan dövlət sərhədini pozan Ermənistan vətəndaşları olan erməni hərbi qulluqçuları - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin məhkəməsi başlayır.

Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Fəhmin Hümbətov sədrlik edəcək.

Qeyd edək ki, may ayında erməni diversantlar terror törətmək məqsədilə Zəngilan istiqamətində hərbi qulluqçularımıza qarşı zor tətbiq edərək sərhədi qanunsuz keçməyə cəhd ediblər.

“Respublika”.