Azərbaycanda koronavirus infeksiyasından daha 57 nəfər müalicə olunaraq sağalıb
Səhiyyə

Azərbaycanda koronavirus infeksiyasından daha 57 nəfər müalicə olunaraq sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 57 nəfər müalicə olunaraq sağalıb,  136 yeni  yoluxma faktı qeydə alınıb.  

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə,  COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə  337 min 098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 330 min 725 nəfər müalicə olunaraq sağalıb, 4984 nəfər vəfat edib. Aktiv xəstə sayı 1202 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 842 min 136 test aparılıb. Bugünkü test sayı isə  10 min 463-dür.

AZƏRTAC