“Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 8 oktyabr tarixli 325 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Hüquqi aktlar

“Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 8 oktyabr tarixli 325 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 8 oktyabr tarixli 325 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1296; 2017, № 11, maddə 2139; 2018, № 2, maddə 353; 2021, № 7, maddə 870; 2022, № 3, maddə 270) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. “10” rəqəmləri “11” rəqəmləri ilə əvəz edilsin.

2. “Kollegiyanın üzvləri:” bölməsi üzrə:

2.1. beşinci abzasda “elektroenergetika və enerji səmərəliliyi” sözləri “elektrik və istilik enerjisi” sözləri ilə əvəz edilsin;

2.2. altıncı, yeddinci abzaslar müvafiq olaraq yeddinci, səkkizinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:

“Azərbaycan Respublikası Energetika Nazirliyi Aparatının enerji səmərəliliyi şöbəsinin müdiri;”.

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri.

Bakı şəhəri, 12 iyun 2023-cü il

№ 190