Azərbaycan Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç mətbuata bəyanatlarla çıxış ediblər
Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan Prezidenti İlham Əliyev Bosniya Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç aprelin 13- Sarayevoda mətbuata bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Bosniya Herseqovinanın Rəyasət Heyətinin Sədri bəyanatla çıxış etdi.

 

Sədr Jelka Tsviyanoviçin bəyanatı

Hər kəsə təşəkkür edirəm.

Bizim hörmətli qonağımız cənab Prezident İlham Əliyevi salamlayıram. Mən bir aydan bir az çox müddət öncə Bakıda oldum. Orada mənə cənab İlham Əliyev kimi dost tərəfindən isti, mehriban qonaqpərvərlik göstərildi. Orada mən cənab Prezidenti buraya dəvət etdim. Qısa bir zamanda cənab Prezident buraya səfər edib, Bosniya Herseqovinanın dostu olduğunu sübut edib.

Biz qərara gəldik ki, bu gün artıq əməkdaşlığımızın yeni səhifəsini açaq daha səmərəli əməkdaşlıq etməyə başlayaq. Bu fürsətdən istifadə edərək, cənab Prezident Əliyevə ölkənizə 2014- ildə bizim ölkədə baş vermiş daşqın zamanı göstərilmiş yardıma görə minnətdarlığımı bildirirəm. Bizim xalqımız böyük çətinliklərlə üzləşmişdi Azərbaycan o zaman bizim yanımızda oldu, daha sonra koronavirus pandemiya dövründə Azərbaycan bizə yardım göstərdi. Bütün bu müddət ərzində Azərbaycan bizim bir neçə şəhərimizdə mühüm lazımi infrastruktur layihələri həyata keçirdi. Banya Luka şəhərində tibbi mərkəz yaradıldı, Sarayevo şəhərində dostluq parkı salındı. Eyni zamanda, Sarayevoda tibb müəssisəsi təsis edildi. Ölkəmizdə hər hansı bir çətinlik baş verən vaxtda da Azərbaycan hər zaman bizim yanımızda olmuşdur. Bu gün bizim imzaladığımız Bəyannamə ilə biz strateji tərəfdaşa çevrilmişik. Bu Bəyannamə bizə imkan verəcək ki, daha sıx siyasi dialoq həyata keçirək, eyni zamanda, daha səmərəli iqtisadi əməkdaşlıq edək. Bunun sayəsində biz - işgüzar dairələr, dövlət qurumları həm iqtisadi mənfəət görəcəyik, eyni zamanda, təhlükəsizlik sahəsində əməkdaşlıq başlanılacaq.

Çox şadıq ki, Azərbaycan artıq Bosniya Herseqovinada səfirliyini açmışdır mən məmnuniyyətlə qeyd edə bilərəm ki, biz ölkəmizin Bakıda səfirliyini açmaq qərarına gəlmişik. Biz bunu həyata keçirəcəyik bu məsələ ilə bağlı da cənab Prezidentə məlumat vermək istəyirəm ki, biz hər üç üzv yekdil qərar verdik ki, Bakıda səfirliyin açılması vacibdir. Bununla bağlı təlimatlarımızı artıq Xarici İşlər Nazirliyinə vermişik əminəm ki, səfirliyimiz açılan kimi onun bəhrəsini görəcəyik.

Qeyd edim ki, Azərbaycan Bosniya Herseqovinada bir çox işlər görüb, artıq biz indi praktiki əməkdaşlığa başlayırıq. Dünən biz Azərbaycanın iqtisadiyyat naziri nümayəndə heyəti ilə görüş keçirdik. Bizim Nazirlər Şurasında işgüzar dairələrdə görüşlər həyata keçirildi ki, biz hansı istiqamətdə əməkdaşlığımızı davam etdirə bilərik. Biz nəqliyyat, energetika, turizm digər sahələrdə imkanları nəzərdən keçirdik. Hesab edirəm, bu, yaxşı fürsətdir ki, biz bununla bağlı nazirliklərimizə təlimat verək ki, konkret layihələrlə bağlı siyahı hazırlansın, maraqlarımız nədən ibarətdir, sərmayə harada tələb olunur. Biz bütün bunlarla bağlı təlimatlarımızı verəcəyik.

Azərbaycan bizim üçün çox mühüm ölkədir. Bu gün biz bunu bəyan edirik ki, bir-birimizə dost ölkəyik, həm beynəlxalq arenada bir-birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli münasibətlərimiz daha yüksək səviyyəyə qalxacaqdır. Çox şadam ki, biz bu məsələdə inkişaf görürük.

Cənab Prezident, Sizi burada salamlamaq mənim üçün böyük şərəfdir. Sağ olun ki, mənim dəvətimi qəbul etdiniz. Şadam ki, bu gün biz bu fürsəti əldə etmişik. Burada da əzmimizi ifadə edirik ki, əməkdaşlığımızı davam etdirəcəyik.

Sizə təşəkkür edirəm.

***

Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

 

Prezident İlham Əliyevin bəyanatı

Hörmətli xanım Sədr, hörmətli cənab Komşiç, hörmətli cənab Beçiroviç.

Hörmətli xanımlar cənablar.

İlk növbədə, xanım Sədr, mənə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Mən gözəl ölkənizdə olmağımdan çox məmnunam. Siz qeyd etdiyiniz kimi, biz Sizinlə bir ay yarım bundan əvvəl Bakıda görüşmüşdük. Siz məni ölkənizə dəvət etmişdiniz mən böyük məmnuniyyətlə bu dəvəti qəbul edib bu gün Sizin ölkənizdəyəm.

Bu gün biz geniş fikir mübadiləsi əsnasında Bosniya Herseqovina-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı vahid mövqeyə gəlmişik. Yəni, bu əlaqələr bundan sonra yüksələn xətlə inkişaf edəcək.

Əlaqələrimizin tarixi çox gözəldir. Xüsusilə siyasi müstəvidə aparılan məsləhətləşmələr əlaqələr bizim münasibətlərimizi yüksək səviyyəyə qaldırmışdır. Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi bütün məsələlərdə dəstəkləmişik bu dəstək bu gün hiss olunur. Xüsusilə işğal dövründə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi sərhədlərinin toxunulmazlığı ilə bağlı Bosniya Herseqovinanın mövqeyi bizim üçün çox önəmli idi.

Bir məsələni xüsusilə qeyd etmək istəyirəm, iki il yarım bundan əvvəl Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı öz ərazi bütövlüyünü bərpa edəndə Bosniya Herseqovina qətiyyətli şəkildə Azərbaycanı dəstəkləmişdir, bizim haqq işimizi dəstəkləmişdir. Bu, dostluq qardaşlıq mövqeyidir, buna görə biz Sizə minnətdarıq.

Azərbaycan da öz növbəsində bütün məsələlərdə, o cümlədən Bosniya Herseqovinanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı ilə bağlı birmənalı şəkildə Bosniya Herseqovinanın maraqlarını dəstəkləmişdir.

Bu gün isə bizim münasibətlərimizin yeni səhifəsi başlayır. Rəsmi səfər çərçivəsində aparılan danışıqlar, qeyd etdiyim kimi, yeni imkanlar açır. O cümlədən bu gün imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə gələcək inkişafımızın istiqamətlərini göstərir.

Biz müntəzəm olaraq siyasi diplomatik müstəvidə məsləhətləşmələr aparacağıq. Eyni zamanda, iqtisadi sahədə işlər daha məqsədyönlü şəkildə aparılacaq. Birgə komissiya, yəni, Birgə İqtisadi Komissiya haqqında qərar qəbul edilmişdir. Bu gün aparılan danışıqlar əsnasında, eyni zamanda, konkret layihələr üzrə işçi qrupunun yaradılması da razılaşdırılıb qısa müddət ərzində bu istiqamətdə addımlar atılacaq.

Strateji tərəfdaşlıq əlaqələri xüsusi əlaqələrdir. Bu, hər iki ölkənin üzərinə çox böyük məsuliyyət qoyur. Biz bu məsuliyyətə hazırıq. Əminəm ki, Bosniya Herseqovina Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlar kimi bundan sonra birgə fəaliyyət göstərəcək.

Əməkdaşlığın digər istiqamətləri ilə bağlı onu deyə bilərəm ki, ticarət dövriyyəsinin artırılması məsələsi gündəlikdədir. Biz xahiş etdik ki, bizə konkret investisiya layihələri təqdim edilsin. Biz bu layihələrə baxaq, onları incələyək qısa müddət ərzində öz cavabımızı verək. Biz ölkənizə sərmayə qoymaqda maraqlıyıq.

Eyni zamanda, energetika sahəsində çox geniş imkanlar vardır. Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizinin uzunluğu 3 min 500 kilometrdir. İki ildən bir qədər çox müddət ərzində bu kəmər Avropaya təbii qazımızı nəql edir. Bu kəmər Bosniya Herseqovinanın sərhədlərinin yanından keçir. Yaxşı olar ki, biz təbii qaz sahəsində əməkdaşlığa başlayaq. Müvafiq göstərişlər artıq verilmişdir.

Bununla bərabər, hidroenergetika, eyni zamanda, bərpaolunan digər enerji növləri üzrə birgə araşdırmalar aparılacaq. Əminəm ki, bu istiqamətdə ciddi addımların atılması mümkün olacaq. Azərbaycan xarici ölkələrə milyardlarla dollar həcmində sərmayə qoyubdur əlbəttə ki, Bosniya Herseqovina ilə bu sahədə əməkdaşlıq bizim üçün çox maraqlıdır.

Bununla paralel olaraq nəqliyyat sahəsində əməkdaşlığın bütün istiqamətləri geniş araşdırılmalıdır. Azərbaycan Orta Dəhliz layihəsi üzrə öz ərazisində bütün lazımi infrastruktur layihələrini icra edib, onları başa çatdırıb, eyni zamanda, digər ölkələrdə nəqliyyat infrastrukturunun yaradılması ilə bağlı böyük sərmayə qoyur. Ona görə Cənubi Qafqaz Balkan regionları arasında nəqliyyat bağlantısı da hesab edirəm ki, bütün bölgələrimizdə yaşayan xalqlar üçün faydalı ola bilər.

Biz bu gün söhbət zamanı, həmçinin mədəniyyətlərarası dialoqun dərinləşməsi ilə bağlı fikir mübadiləsi apardıq, bizim təcrübəmizi bölüşdük. Hesab edirəm ki, bu istiqamətdə birgə fəaliyyətin böyük önəmi ola bilər. Həm Bosniya Herseqovina, həm Azərbaycan çoxkonfessiyalı ölkələrdir. Bizim ölkələrimizdə bir çox etnik qruplar yaşayır bu etnik qrupların sülh, əmin-amanlıq, dostluq, qardaşlıq şəraitində yaşaması sabitlik üçün əsas şərtdir. Burada da fikir mübadiləsi, təcrübə mübadiləsi, birgə fəaliyyət, o cümlədən elm, təhsil sahələrində, qeyri-hökumət təşkilatları çərçivəsində birgə əməkdaşlıq üçün çox gözəl imkanlar vardır.

Mən bir daha bu dəvətə qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Bir məqamı da qeyd etməliyəm ki, 1972-ci ildə - hələ Sovet İttifaqı Yuqoslaviyanın mövcudluğu dövründə Bakı Sarayevo arasında qardaşlaşma sazişi imzalanmışdır. O vaxtdan Sarayevo Bakı qardaş şəhərlər sayılır. Əminəm ki, bu səfərdən sonra bizim qardaşlığımız daha möhkəm olacaq. Sağ olun.

AZƏRTAC