ANAMA: Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 398 partlamamış hərbi sursat zərərsizləşdirilib
Digər xəbərlər

ANAMA: Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 398 partlamamış hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, oktyabrın 24-dən 29-dək Tərtər, Ağdam, Şuşa, Xocavənd, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 49, tank əleyhinə 97 mina və 398 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 350 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

AZƏRTAC