Akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir
Region

Akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir

Naftalanda Şəhər İcra Hakimiyyətinin və Naftalan şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin birgə təşkilatçılığı ilə görkəmli alim Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Naftalan şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Samir Allahverdiyev, şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov, tibb işçiləri və ziyalılar iştirak edib.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov çıxış edərək qeyd edib ki, yüksək elmi nailiyyətləri, xeyirxah və nəcib əməlləri ilə xalqımızın yaddaşında həmişəyaşarlıq qazanmış əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın adı Azərbaycan tarixinin ən görkəmli simaları sırasına qızıl hərflərlə əbədi yazılmışdır.

Tədbirdə çıxış edən Naftalan şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Samir Allahverdiyev və digər natiqlər, Zərifə xanımın şərəfli ömür yolunun, zəngin elmi fəaliyyətinin hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğundan bəhs ediblər.

Zabit XƏLİLOV,

           “Respublika”.