Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandıracaq
Diaspora

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandıracaq

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq.

“Turkic World” saytının xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb. Məlumatda bildirilib ki, Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan memoranduma əsasən, Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət edilməsi və qanun pozuntularının qarşısının alınması məqsədilə yaradılan Mərkəzin fəaliyyətini sonlandırmaq üçün proses rəsmi Bakı və Moskva ilə koordinasiyalı şəkildə davam etdirilir.

Qeyd edək ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti, inzibati və yaşayış otaqları var.

Jalə QASIMZADƏ,

“Respublika”.