2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Böyük Azərbaycan Partiyasının vəkil edilmiş şəxslərinin qeydə alınması haqqında  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Hüquqi aktlar

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Böyük Azərbaycan Partiyasının vəkil edilmiş şəxslərinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Respublikasının Prezidentliyinə namizədi qeydə alınmış Böyük Azərbaycan Partiyası vəkil edilmiş şəxslər təyin etmiş və onların qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim etmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində (bundan sonra – Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 72-ci və 186-cı maddələrinə əsasən qərara alır:

1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində aşağıdakı şəxslər Böyük Azərbaycan Partiyasının vəkil edilmiş şəxsləri kimi qeydə alınsınlar:

- İlham Müseyib oğlu Bəkirli;

- Ramiz Şərif oğlu Mahmudov;

- Famil Məhəmməd oğlu Abdullayev;

- Zakir Hüseyn oğlu Ələsgərov;

- Elçin Dursun oğlu Nəbiyev;

- Valeh Bəylər oğlu Sadıqov;

- Anar Həsən oğlu Musayev;

- Babək Nizami oğlu Babayev;

- Bəhram Vəli oğlu Xıdırov;

- Müşfiq Gülməmməd oğlu Bəşirov;

- Cahil Nobətəli oğlu Dadiyev;

- Tahir Əli oğlu Əliyev;

- Elman Nəbi oğlu Musayev;

- Elşad Ağayusif oğlu Dadaşov;

- Əsəd Oruc oğlu Qurbanov;

- Ələkbər Ağabəy oğlu Həziyev;

- Faiq Ziyətdin oğlu Hüseynov;

- Şəhriyar Şakir oğlu İbrahimli;

- Akif Sabir oğlu Qocayev;

- Şakir İbrahimxəlil oğlu Məmmədov;

- Samir Fazil oğlu Abbasov;

- Tofiq Məmməd oğlu İbrahimov;

- Valeh Abbas oğlu İsmayılov;

- Ziya Əjdər oğlu Ələkbərov;

- İlqar Abdurahman oğlu İbrahimov;

- İsa Bayram oğlu Qasımlı;

- Nəsimi Saleh oğlu Hüseynov;

- Rauf Muxtar oğlu Qasımov;

- Şahin Şamil oğlu Mahmudov;

- Vüqar Məhəmmədəli oğlu Səlimov;

- Pərvin Çingiz oğlu Həsənov;

- Elbrus Kamil oğlu Novruzov;

- Aqşin Rafiq oğlu Əli;

- Mənsur Cəbrayıl oğlu Cəbrayılov;

- Səfa Sevdagər oğlu Əzimov;

- Şakir İbrahim oğlu Xəlilov;

- Hacıağa Hüsən oğlu İsmayılov;

- Elnur Cavad oğlu Qasımov;

- Tofiq Haqverdi oğlu İmanov;

- Eldar Elbən oğlu Ömərov;

- Orxan Kamandar oğlu Qurbanov;

- Azat Musa oğlu Madnayev;

- İsrafil Nəbi oğlu Musayev;

- Fazil İlyas oğlu Cəfərov;

- Balabəy Ağamməd oğlu Məlikov;

- Dünyamin Əhməd oğlu Əhmədli;

- Gültac Elşad qızı Musayeva;

- Esmira Musa qızı Abbasova;

- Fazil Musa oğlu Abbasov;

- Aydın Əlirza oğlu Mirzəyev.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr      Məzahir Pənahov

Katib      Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov