Kənd təsərrüfatı nazirinin müavini Füzulidə vətəndaşları qəbul edib
Digər xəbərlər

Kənd təsərrüfatı nazirinin müavini Füzulidə vətəndaşları qəbul edib

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova iyunun 12-də Füzuli Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Füzuli və Ucar rayonlarından olan vətəndaşları qəbul edib.

Bu barədə "Respublika"ya Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib.

Nazir müavini İlhamə Qədimova qəbulda vətəndaşların əkin subsidiyası, baytarlıq xidmətləri və digər məsələlərlə bağlı müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Sonra müavin Füzuli Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, iş prosesinin təşkili, yazlıq əkinlərin bəyanı prosesi ilə maraqlanıb.