ELAN
Reklam və elanlar

ELAN

"Bakelektroqaynaq" ASC-nin səhmdarlarının nəzərinə:

Hörmətli səhmdar!

Bildiririk ki, "Bakelektroqaynaq" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı 28 iyun 2024-cü il tarixində saat 12:00-da Bakı şəhəri, Mir Cəlal küçəsi, 15 ünvanında yerləşən Səhmdar Cəmiyyətin inzibati binasında keçiriləcək.

Ümumi yığıncağın gündəliyi:

1. "Bakelektroqaynaq" ASC-nin Müşahidə Şurasının  (Direktorlar Şurasının) seçilməsi

2. "Bakelektroqaynaq" ASC-nin 2023-cü maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqlənməsi.

Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10:00-dan 17:00-dək "Bakelektroqaynaq" ASC-nin Bakı şəhəri, Mir Cəlal küçəsi, 15 ünvanında yerləşən inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.

"Bakelektroqaynaq" ASC-nin Müşahidə Şurası.