“YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ”
Region

“YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ”

Praqmatik dövlət başçısı cənab İlham Əliyevin ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Sərəncamında Azərbaycanın beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyi qeyd olunub. Sənəddə, eyni zamanda respublikamızın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli prioritetindən birinin "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyənləşdirildiyi bildirilib. Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "Yaşıl dünya naminə Həmrəylik İli" çərçivəsində "Yaşıl dünya naminə həmrəylik ilinin elan edilməsi məqsədyönlü siyasətin məntiqi nəticəsidir" mövzusunda tədbir keçirilib.

İlk öncə, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolunu əks etdirən fotoeksponatlarla tanış olub, daha sonra bitkilərdən ibarət sərgiyə baxış keçirilib.

"Təbiəti qoruyaq" adlı videoçarxın nümayişindən sonra Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov giriş niqti ilə qonaqları salamlayıb və bildirib ki, bu gün Azərbaycan dünyada gedən iqlim dəyişikliyi proseslərinə ən həssas yanaşan azsaylı ölkələrdəndir. Həmçinin COP29-un ölkəmizdə keçirilməsindən ətraflı söhbət açaraq qeyd edib ki, ötən il möhtərəm Prezidentimizin müvafiq Sərəncamı ilə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi təkcə ölkəmiz deyil, bütün dünya üçün qlobal çağırışdır.

Sonda tədbir içtirakçılarına maarifləndirici bukletlər və həmişəyaşıl bitkilər paylanılıb, xatirə şəkli çəkilib.

Zabit XƏLİLOV,

"Respublika".