“Sən elə bir zirvəsən!..”
Sosial həyat

“Sən elə bir zirvəsən!..”

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti  ümummilli lider Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyi münasibətilə “Sən elə bir zirvəsən!..” adlı musiqili-tarixi esse hazırlayıb. 

Tamaşanın bədii rəhbəri teatrın direktoru Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, ssenari müəllifi respublikanın Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.

Tamaşa indiyə kimi Gəncə,  Şəki və Mingəçevir şəhərlərində nümayiş olunub. Teatrın yaradıcı kollektivi növbəti dəfə Lənkəran sənətsevərlərinin görüşünə gedib.

“Sən elə bir zirvəsən!..” adlı musiqili-tarixi esse ilin sonuna kimi respublikamızın digər bölgələrində də nümayiş olunacaq.

 

Əlisəfa Həsənov,

“Respublika”.