Sabaha olan hava proqnozu
Gündəm

Sabaha olan hava proqnozu

“Respublika” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, yüksək dağlıq ərzilərdə 5°-dək şaxta, gündüz 8-13° isti olacaq.