Müsabiqənin qalibləri mükafatlandırılıb
Sosial həyat

Müsabiqənin qalibləri mükafatlandırılıb

Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin "Aqroservis" Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə birlikdə taxıl biçini dövründə elan etdiyi müsabiqəyə yekun vurulub.

Müsabiqənin yekunlarına həsr olunmuş tədbirdə çıxış edən "Aqroservis" ASC İdarə Heyəti sədrinin müavini İlyas Həsənov və Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov müsabiqənin məqsədi barədə məlumat veriblər.

Tədbirin sonunda Aləm Orucov "Ən yaxşı mütəxəssis", Təhmasib Kazımov "Ən yaxşı mexanizator", Famil Ələkbərov "Ən yaxşı mühəndis", İzrat İzratov "Ən yaxşı bölmə rəhbəri" nominasiyası üzrə qalib elan ediliblər.

Qaliblər Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən diplom və mükafatlar ilə təltif olunublar.

Nəriman CAVADOV,

"Respublika".