Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Məlumat

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Sentyabrın 14-ü saat 13:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Dərə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Daryurd yaşayış məntəqəsi istiqamətindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

"Respublika" xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.