“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Fərman

“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 324, № 10, maddə 849; 2008, № 7, maddə 612, № 8, maddə 715, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 83, № 10, maddə 851; 2011, № 2, maddə 85; 2012, № 9, maddə 856; 2014, № 4, maddə 362; 2017, № 4, maddə 557, № 5, maddə 813; 2018, № 2, maddə 205; 2020, № 8, maddə 1036; 2021, № 8, maddə 920; 2022, № 8, maddə 869, № 12, maddə 1410; 2023, № 2, maddə 247) aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında “aparatının işçilərinin say həddinin” sözləri “işçilərinin ümumi say tərkibinin” sözləri ilə əvəz edilsin;

1.2. 3-cü hissəyə “vahidi” sözündən sonra “, Bakı Şəhər Gənclər və İdman İdarəsi və regional idarələrin işçilərinin say həddi 435 ştat vahidi” sözləri əlavə edilsin;

1.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə” üzrə:

1.3.1. 8.23-cü yarımbənddə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə, “açıqlanmasını” sözü “təşviqini” sözü ilə əvəz edilsin;

1.3.2. 11-ci bəndin birinci cümləsində “aparatının işçilərinin say həddinin” sözləri “işçilərinin ümumi say tərkibinin” sözləri ilə əvəz edilsin;

1.4. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin strukturu”nun 2-ci hissəsində “Respublikasının” sözü “Respublikası Gənclər və İdman Nazirliyinin” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 25 iyun 2023-cü il