HEYDƏR ƏLİYEV İRSİ MİLLİ SƏRVƏTİMİZDİR
Siyasət

HEYDƏR ƏLİYEV İRSİ MİLLİ SƏRVƏTİMİZDİR

Hər bir lider öz xalqının yetirməsi, hər bir ölkə isə öz liderinin əsəridir. Azərbaycanın müasir tarixi ümummilli lider Heydər Əliyevdən ayrılıqda təsəvvür edilmir. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı, ölkəmizin uzunmüddətli dinamik inkişafının ideya müəllifidir. Onun adı ölkəmizin həm dünəni, həm bu günü, həm gələcəyi ilə birlikdə çəkilir, xalqımızın dərin hörmət ehtiram ünvanı kimi tanınır.

Heydər Əliyevin ötən əsrin 70-ci illərində Azərbaycana uğurla rəhbərliyi, qazanılan möhtəşəm sosial-iqtisadi inkişaf göstəriciləri yeni tipli idarəçilik modelinin inkaredilməz nümunəsi sayıla bilər. Qısa vaxtda o dövrün qabaqcıl texnologiyalarına əsaslanan sənaye kənd təsərrüfatı məhsulları istehsal edən müasir müəssisələr yaradıldı, iqtisadi fəallıq əmək məhsuldarlığı ciddi şəkildə yüksəldi, əhalinin məşğulluq səviyyəsi artdı. İqtisadi fəallığın məşğulluğun əhəmiyyətli dərəcədə yüksəlməsi Heydər Əliyevin arzularının əsas məqsədinin həyata keçirilməsinə - əhalinin rifahının yaxşılaşdırılmasına etibarlı əsaslar yaratdı.

Müstəqil Azərbaycan dövlətinin qurulması inkişaf etdirilməsi xalqımızın taleyində Heydər Əliyevin arzu ideyalarının təcəssümünün yeni ifadəsi sayıla bilər. Ulu öndərin müstəqil Azərbaycanın Prezidenti seçilməsi hələ ötən əsrin 70-ci illərində reallaşdırmağa çalışdığı, lakin mövcud rejimin ideoloji buxovlarının imkan vermədiyi arzularını həyata keçirməyə real şərait yaratmışdı.

Keçən əsrin 90- illərinin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyinin bərpası, xalqın çoxdan arzuladığı azadlığa qovuşması tariximizin şanlı səhifələrini təşkil etdiyi kimi, ölkəmizin erməni təcavüzünə məruz qalması, 20 faiz torpaqlarımızın işğal olunması, 1992-ci ildə xalq hərəkatı dalğası üzərində hakimiyyətə gələnlərin ölkəyə xalqa yaşatdığı müsibətlər tariximizə həkk olunub.

1993- ilin 15 iyununda Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində yeni mərhələ başlandı, insanları narahat edən, xalqı vahiməyə salan təhlükələr dəf edildi, xaos, anarxiya, hakimiyyət böhranı aradan qaldırıldı. O zaman Azərbaycanın parçalanması təhlükəsini yaratmış separatizmin, vətəndaş müharibəsinin qarşısı alındı, erməni təcavüzünün dərinləşməsi dayandırıldı, cəbhədə atəşkəs razılaşmasına nail olundu. Ən başlıcası isə ölkəni bürümüş siyasi iqtisadi tənəzzülə, hakimiyyət böhranına son qoyuldu. 1994- ildə "Əsrin müqaviləsi"nin imzalanması Heydər Əliyev müdrikliyinin uzaqgörənliyinin ən bariz nümunəsinə çevrildi. Bölgənin enerji mənzərəsini dərindən dəyişdirən bu layihə Azərbaycana böyük iqtisadi geopolitik dividendlər gətirdi.

Heydər Əliyev xalqımızın tarixinə müstəqil Azərbaycan dövlətinin qurucusu kimi daxil olmuşdur. Azərbaycançılıq ideologiyasına əsaslanan bu dövlətin təməlində müstəqillik, güclü iqtisadiyyat insan hüquq azadlıqları kimi dəyər prinsiplər dayanır. Müasir tariximizin təlatümlü, ziddiyyətlərlə dolu dövründə Heydər Əliyevin siyasi iradəsi müdrikliyi sayəsində qurulan müstəqil Azərbaycan dövləti özündə, sözün həqiqi mənasında, ən müasir dövlətçilik dəyərlərinin Heydər Əliyev ideyalarının sintezini ehtiva edir.

Ötən əsrin 90- illərinin əvvəllərində Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarından qaynaqlanan hərbi təcavüz siyasəti nəticəsində torpaqlarımızın təxminən 20 faizə qədərinin işğal edilməsi, bir milyona yaxın vətəndaşın məcburi köçkünə çevrilməsi, Birinci Qarabağ müharibəsinin acı nəticəsi tariximizin ən kədərli səhifələrindən biridir. Təəssüf hissi ilə qeyd etmək lazım gəlir ki, bir-birini əvəz edən o zamankı iqtidarlar ölkənin ərazi bütövlüyünün qorunması, əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün sistemli konsepsiya hazırlayıb həyata keçirməkdə bacarıqlı olmadılar. Dövlətin cəmiyyətin resurslarını erməni təcavüzünün qarşısının alınmasına səfərbər etməyin öhdəsindən gələ bilmədilər ya bunu bəlkə istəmədilər. Müharibə xaincəsinə siyasi mübarizə predmetinə çevrilərək milli fəlakətə səbəb oldu. Azərbaycana qarşı hərbi təcavüz, torpaqlarımızın işğal edilməsi, bir milyona yaxın vətəndaşın məcburi köçkün həyatı yaşamağa məhkum edilməsi dünya birliyinin diqqətinə lazımi səviyyədə çatdırılmadı.

Ulu öndər Heydər Əliyevin 1993- ildə xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışı zamanı Azərbaycanın hansı faciələrlə üz-üzə olduğu məlumdur. Müstəqilliyini yenicə bərpa edən Azərbaycan onu itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsini yaşayırdı. Məhz ümummilli liderin zəngin dövlətçilik təcrübəsi, idarəçiliyi, ən əsası Vətəninə, xalqına bağlılığı Azərbaycanı bu təhükələrdən xilas etdi. Ulu öndərin hakimiyyətinin hər iki dövründə, həmçinin fəaliyyətinin Naxçıvan mərhələsində atdığı hər bir addımın təməlində Azərbaycanın müstəqil gələcəyi, xalqımızın azad, firavan həyatı dayanırdı. Azərbaycanı qüdrətli, zəngin, qalib ölkə kimi görmək dahi liderin ən böyük arzusu idi. O, bu arzusunun xeyli hissəsini 1993-2003- illərdə müstəqil Azərbaycan dövlətinə rəhbərlik edərkən atdığı addımlar, düşünülmüş məqsədyönlü siyasəti ilə reallığa çevirdi. Ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişi əsasında hakimiyyətə qayıdışı ilə yeni Azərbaycan quruldu. Dövlətçiliyimizin əsasları yaradıldı. Milli Konstitusiyamız qəbul edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Azərbaycanın ətrafında yaradılan informasiya blokadası yarıldı.

Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar ataraq möhkəm təməl formalaşdırdı. Ümummilli liderin müəllifi olduğu yeni neft strategiyası bu gün Azərbaycana böyük uğurlar qazandırır. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi böyük nüfuz sahibidir. Respublikamız dünyanın ən islahatçı ölkələri sırasında qərarlaşıb. Azərbaycan, eyni zamanda, demokratik dəyərlərə sözdə deyil, əməldə sadiq olan ölkə kimi tanınır. Ən əsası müstəqil dövlətimiz sözünün imzası qədər dəyəri olduğunu dünyada cərəyan edən proseslərə təsir imkanları ilə təsdiqləyir.

Ulu öndərin fəaliyyətinin Naxçıvan mərhələsində xalq dövlət qarşısında ən böyük xidmətlərindən biri insanlarda milli təfəkkür milli məfkurənin formalaşdırılması idi. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən "31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü haqqında" Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malik hadisə oldu. Həmin illərin ən mühüm tarixi hadisələrindən biri hazırda sıralarında 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılmasıdır.

Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Bu tarixi hadisənin Azərbaycan üçün əhəmiyyəti dövlət başçısı İlham Əliyevin 2021-ci il martın 5- tarixi Zəfərimizin reallıqları fonunda keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayındakı "Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox" fikirlərində özünün aydın ifadəsini tapır. Ümummilli lider Heydər Əliyevin "Yeni Azərbaycan Partiyası dünənin, bu günün gələcəyin partiyasıdır" tezisi bütün dövrlərdə partiyanın fəaliyyətinin bələdçisi oldu.

Tarixi Zəfərimiz keçilən yolun aydın mənzərəsidir. Ulu öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi. Azərbaycanı qalib, ərazi bütövlüyünü təmin edən ölkə kimi görmək ulu öndərin ən böyük arzusu idi. Məhz buna görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən bildirmişdi: "Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, ulu öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".

Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir. Cənab İlham Əliyevin 2003- ildə ilk dəfə Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində ümummilli lider Heydər Əliyevə müraciət edərək verdiyi hər bir vədin yerinə yetirilməsi bu günümüzün reallıqlarında öz əksini tapır: "Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik. Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik".

Azərbaycanın Birinci vitse-prezidenti, H

eydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın "Məhz Heydər Əliyevin həyatı fəaliyyəti sübut etdi ki, əlçatmaz xəyalların arzuların reallaşması insan fenomeninin gücünə mümkündür" fikirləri dahi şəxsiyyətin böyüklüyünün, xeyirxah əməllərinin, çoxşaxəli fəaliyyətinin təqdimatıdır.

Bu gün tarixi ədalətə söykənərək Qərbi Azərbaycana qayıdacağımızı bəyan edirik əminik ki, qayıdacağıq. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, necə vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi biz istəyimizə nail olduq.

Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi daim xalqına arxalanaraq zəngin dövlətçilik təcrübəsinə, uzaqgörən siyasətinə söykənərək çox qətiyyətli, müdrik effektli idarəçilik həyata keçirdi öz adını xalqımızın dövlətçilik tarixinə müstəqil, demokratik Azərbaycan dövlətinin banisi lideri kimi həkk etdi.

Rahib KƏRİMLİ,

Respublika”.