AZƏRBAYCAN dünya mediasında
Digər xəbərlər

AZƏRBAYCAN dünya mediasında

"ABC NEWS": Türkiyə Şuşada konsulluq açmağa hazırdır

"ABC news" xəbər saytı Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 44 günlük müharibə zamanı Azərbaycanın işğaldan azad etdiyi Şuşa şəhərində konsulluğun açılacağı barədə  fikirlərini dərc edib: "Biz konsulluğumuzu istədiyiniz zaman açmağa hazırıq". Bununla yanaşı, Cümhurbaşqanı Şuşadakı konsulluğun reallığa çevrilməsinin Ermənistan antitürk dairələrinə önəmli mesaj olacağını da qeyd edib. Xəbərdə əsrlər boyu Azərbaycan mədəniyyətinin mərkəzi olan Şuşanın tarixi strateji əhəmiyyət kəsb etdiyi qeyd edilib.

 

"Dailysabah": Türkiyə Azərbaycan gələcək əlaqələri müzakirə ediblər

Prezident Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı Azərbaycanda həmkarı İlham Əliyevlə görüşüb.

Bu barədə Türkiyənin "Dailysabah" saytı məlumat yayıb. Məqalədə qeyd olunub ki, Ərdoğan Şuşada konsulluğun Zəngəzur dəhlizinin yaradılması planlarından danışarkən, iki lider əlaqələri yüksək qiymətləndirib. Rəcəb Tayyib Ərdoğanı azərbaycanlı həmkarı İlham Əliyev çərşənbə axşamı Bakıda qarşılayıb. Ərdoğan mayın 28- Türkiyənin yüksək vəzifəsinə seçildikdən sonra ilk rəsmi səfərini Azərbaycana edib.

Türkiyə Azərbaycan nümayəndə heyətləri arasında keçiriləcək görüşdən əvvəl Əliyevlə birgə mətbuat konfransında Ərdoğan Türkiyənin Şuşada konsulluğunu açmağı planlaşdırdığını bildirib: "Bu, bütün dünyaya, xüsusən Ermənistana fərqli mesaj olacaq".

Ərdoğan, həmçinin Zəngəzur dəhlizinin açılmasının Türkiyə ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb. Prezident qeyd edib ki, Cənubi Qafqazda əsas Zəngəzur dəhlizinin quru yolunun yaradılması Türkiyə ilə Azərbaycan arasında daha möhkəm əlaqələr yaradacaq. O, Türkiyə-Azərbaycan universitetinin yaradılması istiqamətində işlərə başlandığını həmçinin enerji sahəsində əməkdaşlığı müzakirə etdiklərini deyib.

Sonda Ərdoğan Prezident İlham Əliyevə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib Türkiyə-Azərbaycan qardaşlığının dünyada nümunəvi olduğunu qeyd edib.

 

"BNN": Lukaşenko Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir

"BNN" xəbər saytı Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə məktub ünvanlaması ilə bağlı xəbər yayımlayıb. Xəbərdə Lukaşenkonun Belarus ilə Azərbaycan arasında siyasi, iqtisadi humanitar sahələrdə inkişaf edən əməkdaşlıqdan məmnunluğu qeyd olunub. Belarus Prezidentinin İlham Əliyevə ünvanladığı məktubda Minsk ilə Bakının beynəlxalq müstəvidəki konstruktiv qarşılıqlı fəaliyyəti yer alıb. Yazıda Lukaşenkonun çoxillik dostluq ənənələrinə qarşılıqlı etimada əsaslanan Belarus-Azərbaycan strateji tərəfdaşlığının dərinləşəcəyinə əminliyi  vurğulanıb. Lukaşenko məktubunda iki ölkə arasındakı tərəfdaşlığın bundan sonra da inkişaf edəcəyinə hər iki xalqın rifahı naminə yeni, maraqlı təşəbbüslər irəli sürərək birgə layihələrin reallaşacağına ümid bəslədiyini diqqətə çatdırıb.

Xatırladaq ki, təbrik məktubu Belarus Respublikası ilə Azərbaycan Respublikası arasındakı diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ünvanlanıb.

 

"Caspian News":  Azərbaycanda Ələt Azad İqtisadi Zonasının birinci mərhələsi fəaliyyətə başlayıb

"Caspian News" xəbər saytı Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin Prezident İlham Əliyevin iştirakilə açılışı olması barədə xəbər yayımlayıb. Sözügedən yazıda bildirilir ki, Prezident İlham Əliyev Bakıdan 65 kilometr cənubda Xəzər dənizinin sahilində yerləşən ən böyük iqtisadi zonada inşa edilən infrastruktur layihələri ilə tanış olub. Ələt Azad İqtisadi Zonasının birinci mərhələsi Ələt qəsəbəsinin 60 hektarını əhatə edir. Burada iqtisadi zonanın səlahiyyətli orqanları, habelə investor gömrük işçiləri üçün ofisləri özündə birləşdirəcək ən müasir biznes mərkəzi yaradılıb.

Azad zonada qanuni fəaliyyət göstərən hüquqi şəxslərə milliləşdirmə, müsadirə tədbirləri ya xüsusi mülkiyyətə hər hansı digər məhdudiyyət tətbiq edilə bilməz.

Sərmayədarlar, səhmdarlar, azad zonanın rezidentləri hüquqi şəxslər öz işçiləri ilə yanaşı, sərbəst zonaya sərmayə qoya vəsaitləri məhdudiyyətsiz şəkildə  xaricə köçürə bilərlər. Onların da xarici valyutada işləmək əməliyyatlar aparmaq hüququ var.

Azad zonada şirkətlərin nizamnamə kapitalına investisiyalarına xarici hüquqi fiziki şəxslərin 100 faiz sahiblik etməsinə heç bir məhdudiyyət yoxdur.

Ələt Azad İqtisadi Zonasının birinci mərhələsini genişləndirəcək layihələr paketi 297 min kvadratmetr ərazinin investorlara icarəyə verilməsini nəzərdə tutur.

İqtisadi zona daxilində istehsal logistika mərkəzləri, eləcə ağır sənaye klasterləri yerləşəcək 138 hektar növbəti inkişaf mərhələləri üçün 211 hektar ərazidə tezliklə zəmin yaradılacaq.

Bundan əlavə, nadir qanunvericilik bazası, fiskal qeyri-fiskal imtiyazlar paketi, lazımi infrastruktur mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuş sənaye klasterləri, nəqliyyat-logistika mərkəzləri digər perspektivlərlə Ələt Azad İqtisadi Zonası daha çox investor cəlb edəcəkdir.

 

"Gazeta.ru": Rusiya Azərbaycana yeni səfir təyin edib

Rusiya Prezidenti Vladimir Putin Mixail Yevdokimovu Azərbaycana yeni səfir təyin edib. Bu barədə Rusiyanın "Gazeta.ru" nəşri məlumat verib. Xəbərdə bildirilir ki, Yevdikomov Mixail Boçarnikovun postuna təyinat alıb. Yeni nazir 1959-cu ildə anadan olub, 1981-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirib. 1996-1997-ci illərdə Rusiya Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq departamentində şöbə rəisi vəzifəsində çalışıb. 1997-2001-ci illərdə Rusiyanın BMT-dəki Cenevrədəki Daimi Nümayəndəliyində baş məsləhətçi işləyib. Mixail Yevdokimov 2011-ci ildə XİN-in MDB ölkələri üzrə Birinci Departamentinin direktoru işləyib MDB- çoxtərəfli əməkdaşlıq məsələlərinə nəzarət edib. 2019-cu ildə isə 2-ci dərəcəli fövqəladə səlahiyyətli səfir diplomatik rütbəsini alıb.

 

"İSNA": İran Azərbaycan arasında gömrük sahəsində əməkdaşlıq

İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovla görüşüb.

Bu barədə İranın "İSNA" saytı məlumat yayıb. Məqalədə qeyd olunub ki, görüş zamanı hər iki ölkənin gömrük orqanlarının daha sıx əməkdaşlıq məsələləri müzakirə edilib. Onlar həmçinin gömrüklə bağlı protokolların sadələşdirilməsinə diqqət yetiriblər. Eyni zamanda, bu görüşdə sərhəd məsələləri digər ümumi maraqlar da müzakirə olunub.

 

"DAWN": Azərbaycan ilə Pakistan arasında müqavilə imzalanıb

Pakistanın "Dawn" qəzeti öz xəbər saytında ölkənin bir ildən sonra ilk dəfə spot mayeləşdirilmiş təbii qaz (LNG) yükləri üçün iki tender elan etməsi ilə bağlı xəbər yayımlayıb. Pakistanlı nazir Musadiq Malik İslamabadda keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan ilə onun ölkəsi arasında ayda bir LNG yükü ilə təmin edilməyi nəzərdə tutan müqavilə imzalanıb. Onun sözlərinə görə, Azərbaycan hər ay Pakistana LNG yükünü daha münasib qiymətə tədarük edəcək. Nazir tədarük sövdələşməsinin təfərrüatlarını açıqlamayıb, lakin artıq Azərbaycanla müqavilənin imzalandığını bu prosesin tezliklə başlayacağını bildirib.

"Respublika".