DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏ VƏ RUSİYA LİDERLƏRİ KAXOVKA SES-DƏ BAŞ VERƏN PARTLAYIŞI MÜZAKİRƏ EDİB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb. “Trendagentliyinin xəbərinə görə, telefon danışığı zamanı prezidentlər Ukraynadakı müharibəni müzakirə ediblər. Məlumata əsasən, Türkiyə dövlət başçısı Kaxovka su elektrik stansiyasının bəndində baş verən partlayışla bağlı qərəzsiz tədqiqat aparılmasının vacibliyini vurğulayıb.

Ərdoğanın sözlərinə görə, rəsmi Ankara Rusiya Ukraynadan, eləcə beynəlxalq ictimaiyyətdən, o cümlədən BMT Türkiyədən ekspertlərin daxil ola biləcəyi komissiyanın yaradılmasına töhfə verməyə hazırdır. Eyni zamanda bildirilir ki, Ərdoğan dünya ictimaiyyətinintaxıl sazişinin müddətinin uzadılması məsələsinə xüsusi önəm verdiyini diqqətə çatıdırıb.

Türkiyə prezidenti rəsmi Ankaranın regionda ədalətli sülhün təmin olunması üçün səyləri davam etdirməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, iyunun 7- Türkiyə lideri ukraynalı həmkarı Volodimir Zelenski ilə telefonda danışıb. O, rəsmi Ankaranın regionda ədalətli sülhün təmin olunması üçün səyləri davam etdirməyə hazır olduğunu bəyan edib.

 

UKRAYNA ORDUSU BAXMUT İSTİQAMƏTİNDƏ İRƏLİLƏYİR

Ukrayna müdafiə qüvvələri Baxmut istiqamətində cinahlarda irəliləməyə davam edir. “Teleqraf.comun verdiyi xəbərə görə, bu barədə Ukrayna Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski bildirib.

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu da Ukrayna ordusunun Baxmutun şimal cənub-qərbində quru hücumlarını davam etdirdiyi haqda məlumat yayıb. Ukrayna qüvvələrinin Klişçivka Berxivka qəsəbələrinə daxil olduqları qeyd olunur. Bununla yanaşı, verilən xəbərə əsasən, hazırda Berxivkada döyüşlər getdiyi bildirilir. Bundan əlavə, Ukrayna qüvvələri Orixovo-Vasilivkadan Baxmutdan 11 kilometr şimal-qərbə qədər irəliləyərək Baxmut-Slavyansk avtomobil yolu boyunca yüksəklikləri ələ keçirib.

Məlumat üçün qeyd edək ki, “Vaqnerqruplaşmasının lideri Yevgeni Prıqojin etiraf edib ki, Rusiya qoşunları Baxmutdan 18 kilometr şimal-şərqdə Rozdolivka rayonu ərazisində bir sıra mövqelərini itiriblər.

 

BUXAREST DOQQUZLUĞUMOLDOVA HAKİMİYYƏTİNİN SİYASƏTİNİ DƏSTƏKLƏYİR

Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, Çexiya Estoniya ölkələrinin daxil olduğuBuxarest doqquzluğubirliyi Moldova hakimiyyətinin Avropayönlü siyasətini dəstəkləyir. “TASSagentliyinin xəbərinə görə, bu barədə adıçəkilən ölkələrin liderlərinin Polşa prezidentinin rəsmi saytında dərc olunmuş birgə bəyanatında qeyd olunur.

Biz Moldova Respublikasının Avropa yolunda sabitliyi qorumaq islahatları təşviq etmək səylərini yüksək qiymətləndiririk”, - deyə bəyanatda vurğulanır. Eyni zamanda, “Buxarest doqquzluqliderləri Moldovaya, eləcə Gürcüstana, Bosniya Herseqovinaya NATO vasitəsilə hər hansı pis niyyətli təsirə qarşı dayanıqlılıqlarını gücləndirmək üçün dəstəyi artırmaq niyyətlərini ifadə ediblər.

Liderlər həmçinin bildiriblər ki, “Buxarest doqquzluğuBaltik Qara dənizlərin, eləcə Balkanların Şimali Atlantika Alyansı üçün strateji əhəmiyyətini dərk edirlər.

 

RUSİYA ÇİN ARASINDA TİCARƏT DÖVRİYYƏSİ ARTIB

Bu ilin yanvar-may aylarında Rusiya ilə Çin arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,7 faiz artaraq 93,8 milyard dollara yüksəlib. “Reportagentliyinin xəbərinə görə, bu barədə Çinin Dövlət Gömrük Baş İdarəsi məlumat yayıb.

Məlumata əsasən, son bir ildə Çinin Rusiyaya ixracının dəyəri 75,6 faiz artaraq 42,95 milyard ABŞ dolları, Çinin Rusiyadan idxalının dəyəri isə 20,4 faiz artaraq 50,85 milyard dollar təşkil edib.

Bildirilir ki, hesabat dövründə Çin Rusiyaya əsasən smartfonlar, sənaye ixtisaslaşdırılmış avadanlıqlar, oyuncaqlar, ayaqqabılar, nəqliyyat vasitələri, kondisionerlər kompüterlər satıb, əvəzində neft, təbii qaz, kömür, mis filizi, taxta, yanacaq dəniz məhsulları alıb.

Xatırladaq ki, 2022-ci ildə iki ölkənin ticarət dövriyyəsinin dəyəri 29,3 faiz artaraq 190 milyard dollar təşkil etmişdi.

 

SERGEY LAVROVDAN MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİNƏ XƏBƏRDARLIQ

Moskva Mərkəzi Asiya regionundakı dostlarını Qərbin təşviq etdiyi əməkdaşlıq formatlarına, o cümlədən hərbi sahədəki əlaqələrə diqqətlə yanaşmağa çağırır”. “Sputnikinformasiya agentliyinin xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib. XİN başçısının sözlərinə görə, ABŞ onun müttəfiqləri ölkələrin daxili siyasi quruluşunu özlərinə uyğun, yənirəngli inqilablarvasitəsilə yenidən formalaşdırmağa çalışırlar.

Qərbin geosiyasi mühəndisləri tərəfindən irəli sürülən təşviq proqramları əslində regionun siyasi iqtisadi landşaftına nəzarət yenidən formatlaşdırmaq üçün alətlərdir. Biz dostlarımızı Qərbin hərbi sahədə tətbiq etdiyi əməkdaşlığı hüquq-mühafizə orqanlarının əməkdaşlarının təlim proqramlarını diqqətli şəkildə analiz etməyə çağırırıq”, - deyə Sergey Lavrov vurğulayıb.

Rusiyalı nazir həmçinin qeyd edib ki, Qərb Mərkəzi Asiya regionuna humanitar hərbi nüfuz etmək üçün məqsədyönlü addımlar atır.

 

İSVEÇ PKK TƏRƏFDARININ TÜRKİYƏYƏ EKSTRADİSİYASINAYAŞIL İŞIQYANDIRIB

İsveç Ali Məhkəməsi ilk dəfə olaraq PKK terror təşkilatının tərəfdarı olduğu iddia edilən şəxsin Türkiyəyə ekstradisiyasınayaşıl işıqyandırıb. “Teleqraf.comun verdiyi xəbərə görə, bununla bağlı son qərarı İsveç hökuməti qəbul edəcək. Məlumata əsasən, ekstradisiyasına qərar verilən 35 yaşlı şəxs 2014- ildə Türkiyədə üzərində narkotik daşıdığına görə 4 il həbs cəzasına məhkum edilib.

Bildirilir ki, sözügedən şəxs şərti azadlığa buraxıldıqdan sonra İsveçə gedib, lakin Türkiyə Prokurorluğunun tələbi ilə yenidən həmin ölkədə həbs olunub. İsveç mətbuatı onun PKK-ya dəstək verdiyi üçün Türkiyə hakimiyyətinin hədəfində olduğunu yazıb.

Xatırladaq ki, ötən həftə Stokholmda NATO əleyhinə şüarlar səsləndirən əllərində PKK bayraqları daşıyan yüzlərlə insan İsveçin yeni antiterror qanununa etiraz edib. İsveçdə iyunun 1-dən qüvvəyə minən yeni qanun terror təşkilatına üzvlük təbliğatla bağlı cəzaları sərtləşdirib. Bu tənzimləmə Türkiyənin İsveçə NATO vetosunun ləğvi üçün irəli sürdüyü şərtlərdən biridir.

İyulun 11- Vilnüsdə keçiriləcək NATO sammitindən əvvəl Ankaranın İsveçin tamhüquqlu üzvlüyünü təsdiq edəcəyi güman olunur.

 

FRANSADA PENSİYA İSLAHATINA QARŞI ETİRAZLAR DAVAM EDİR

Fransada pensiya islahatına qarşı ümummilli etiraz nümayişləri keçirilir. “TRTtelekanalının verdiyi xəbərə görə, paytaxtda aksiyanın əvvəlində polis nümayişçilər arasında gərginlik yaşanıb. Məlumata görə, ParisdəkiLa Rotonderestoranı yaxınlığında pensiya islahatı əleyhinə etiraz nümayişçiləri polis arasında qarşıdurma baş verib. E.Makron 2017-ci ildə ilk dəfə prezident seçildikdən sonra qələbəsini məhzLa Rotonderestoranında qeyd etmişdi. Belə bir fikir dolaşır ki, bu restoran elə Makrona məxsusdur. Buna görə nümayişçilər restoranın vitrinini sındırmağa cəhd ediblər. Polis restoranın ətrafını mühasirəyə alaraq qoruyub. Nümayişçiləri dağıtmaq üçün su şırnağından da istifadə edilib. Verilən xəbərə əsasən, nümayişə bir çox siyasi partiyaların rəhbərləri üzvləri qatılıb. Onlar həmkarlar ittifaqlarına siyasi təşkilatlarla əməkdaşlıq edərək, birlikdə pensiya islahatına qarşı mübarizə aparmağa çağırış ediblər.

Bununla yanaşı, nümayişçilər etiraz aksiyalarını dayandırmayacaqlarını bəyan ediblər. Qeyd edək ki, Fransada pensiya islahatına qarşı etirazlar artıq altı aydan çoxdur ki, davam edir.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.