MASALLI XƏBƏRLƏRİ
Region

MASALLI XƏBƏRLƏRİ

Universitetlə birgə layihə həyata keçiriləcək

Ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədləri layihəsinin reallaşması istiqamətində ardıcıl əhəmiyyətli işlər görülür. Yeni, müasir layihənin məqsədi 2030-cu ilədək yerli tərəfdaşların bilavasitə iştirakı ilə qarşıya qoyulan təhlükəsiz, hamı üçün əlverişli, əlçatan dayanıqlı nəqliyyat sistemlərinin fəaliyyətinin yaxşılaşdırılması, həssas təbəqəyə məxsus insanların - qadınların, uşaqların, əlillərin yaşlıların ehtiyaclarına xüsusi diqqət yetirməklə ictimai nəqliyyatın genişləndirilməsi yol hərəkəti təhlükəsizliyinin müasir səviyyədə təmin olunmasından ibarətdir

Masallı rayonunda şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması məqsədilə Masallı Rayon İcra Hakimiyyəti Azərbaycan Texniki Universiteti arasında müqavilə imzalanıb. Müqavilədə ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023- illər üçün Dövlət Proqramı"nda qarşıya qoyulmuş vəzifələrin icrası sahəsində görüləcək işlər nəzərdə tutulur.

Müqaviləni Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev imzalayıb. İmzalanma mərasimində Azərbaycan Texniki Universitetinin Logistika Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, Universitet Sənaye Əməkdaşlığı Ömürboyu Təhsil Mərkəzinin rəhbəri Aynurə İsmayılova iştirak edib. Qeyd olunub ki, "Dövlət-universitet-sənaye" tandeminin bariz nümunəsi olan "Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması" üzrə layihə Masallı Rayon İcra Hakimiyyəti ilə universitet arasında ilk layihədir. Mərasimdə layihə üzrə müzakirələr, fikir mübadiləsi aparılıb. Layihə yerli mütəxəssislərlə universitet kollektivinin birgə iştirakı ilə həyata keçiriləcəkdir.

 

Əlil ailəsi təzə mənzilə köçüb

Adış Əlicanov Banbaşı kəndində yaşayır, təqaüdçüdür. Ailəsi 9 nəfərdən ibarətdir. Övladlarından Zaur Mehman I qrup əlil, iki nəvəsi talassemiyalı xəstədir. Ailə uzun illər darısqal şəraitdə yaşayıb, geniş şəraiti olan  mənzilə ehtiyacı olub.

Adış ailəsinin imkansız, çətin şəraitdə olduğunu nəzərə alıb, fərdi yaşayış evinin tikilməsi məqsədilə rayon rəhbərliyinə müraciət edib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Əlicanovlar ailəsinə baş çəkib, yaşayış şəraiti maddi vəziyyəti ilə tanış olub. İcra başçısının təşəbbüsü ilə daxili imkanlar hesabına ailə üçün ümumi sahəsi 160 kvadratmetr olan birmərtəbəli fərdi ev tikilib. Üç otaq, zal, mətbəx, hamam sanitar qovşaqdan ibarət ev tam təmirlidir

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov əlil ailəsi ilə yeni inşa edilmiş mənzildə görüşüb, ailə üzvlərinə xeyir-dua verib, səmimi, xoş arzularını söyləyib.

Adış Əlicanov mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından razılığını, məmnunluğunu ifadə edərəkailəsinə göstərilən yüksək diqqət qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib.

 

Kənd yollarına asfalt çəkilir

Rayonda avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması diqqət mərkəzindədir. 46   47 saylı Yol İstismarı İdarələri tərəfindən rayonun bir sıra  kəndlərinə uzanan yolların 38 kilometrlik hissəsində təmir işləri görülüb. Hazırda yollara isti asfalt döşənir.

Ərazidə yaşayan sakinlər əhalinin sosial problemlərinin həllinə göstərdiyi yüksək qayğıya görə ölkəmizin Prezidenti cənab İlham Əliyevə dərin razılıq minnətdarlıqlarını bildiriblər.

 

Mədəni irsə maraq artır

Masallı Tarix-Diyarşünaslıq Muzeyində "Azərbaycan Respublikasında insan hüquq azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nda qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Növbəti tədbir Lənkəran Dövlət Universitetinin nəzdində Sosial Aqrar-Texnologiya Kollecinin tələbələrinin iştirakı ilə "Mədəni irsin nəsildən-nəsilə ötürülməsi" mövzusunda təşkil olunub.

Muzeyin direktoru, respublikanın Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva qədim adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin, xalqımızın maddi-mədəniyyət nümunələrinin  qorunub gələcək nəsillərə çatdırılması sahəsində muzeydə görülən işlər barədə məlumat verib. Sonra muzeyin elmi işçisi Dilgüşə Məmmədovanın  "Muzey işi mədəni irsin təbliği" mövzusunda məruzəsi dinlənilib

Kollecin müəllimi Aytən Kərimova muzey işinin xüsusiyyətlərindən, tələbələrin xalqımızın milli-mənəvi dəyərlərinəmədəni irsinə marağından danışıb, tələbələrə verdikləri faydalı məsləhət tövsiyələrə görə muzeyin kollektivinə minnətdarlıq edib.

Sonra tələbələr muzeyin fəaliyyəti eksponatları ilə yaxından tanış olublar.

Əlisəfa HƏSƏNOV,

"Respublika".