İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Gənc cüdoçularımız İspaniyada yarışacaqlar

İspaniyanın Malaqa şəhərində gənc cüdoçular arasında Avropa kuboku yarışlarında  22 ölkədən 318 idmançı iştirak edəcək. Azərbaycan yarışda 6 çəki dərəcəsində 17 cüdoçu ilə təmsil olunacaq. Ölkəmizi Nizami İmranov, Nurlan Kərimli, Əli Hacıyev, Eltun İmranov, Murad Muradlı (hamısı 60 kq), Samir Piriyev, İslam Rəhimov, Aydın Rzayev, Nicat Nağıyev (hamısı 66 kq), Süleyman Əliyev, Qadir Hüseynov, Vüsal Qələndərzadə (hər üçü 73 kq), Ömər Rəcəbli, Xəyyam Əliyev (hər ikisi 81 kq), Əjdər Bağırov, İsmayıl Zamanov (hər ikisi 90 kq) Kənan Nəsibov (100 kq-dan yuxarı) təmsil edəcəklər. İdmançılarımız mayın 22-24- Malaqada təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.

 

Basketbol turnirində qruplar müəyyənləşib

3x3 basketbol üzrə dünya qadın seriyasında Astara mərhələsinin qrupları təqvimi müəyyənləşib. Yarışda 12 komanda 4 qrupda mübarizə aparacaq. A qrupunda Almaniya, Misir, Ukrayna, B qrupunda Çin, Çexiya Avstriya, C qrupunda Polşa, "Yuanda" klubu (Çin), Azərbaycan, D qrupunda isə Rumıniya, Macarıstan "Neftçi" klubu yer alıb. Reqlamentə əsasən, ilk iki yeri tutmuş kollektivlər dörddəbir final mərhələsinə vəsiqə qazanacaqlar. Astara mərhələsinin açılış oyunu Almaniya Ukrayna seçmələri arasında baş tutacaq. Azərbaycan yığmasının ilk matçı saat 13:30-da Polşa millisinə, "Neftçi" klubunun oyunu isə saat 13:55- Rumıniya seçməsinə qarşı olacaq.

 

Bədii gimnastika üzrə 39-cu Avropa çempionatı davam edir

Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatının dördüncü günündə gimnastlar fərdi qrup hərəkətləri proqramında mübarizə aparıblar.Bolqarıstan təmsilçisi Boryana Kaleyn çoxnövçülük yarışlarında qızıl medal qazanıb. İtaliya gimnastı Sofia Raffaeli ikinci, digər Bolqarıstan idmançısı Stiliana Nikolova isə yarışı üçüncü pillədə başa vurublar. Azərbaycan gimnastı Zöhrə Ağamirova 122,400 xalla çoxnövçülük yarışlarında yeddinci olub. Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə beş topla yarışlarda bürünc medal qazanıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".