Elmi-praktiki konfrans
Digər xəbərlər

Elmi-praktiki konfrans

Görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin 100 illik yublieyi münasibətilə keçiriləcək “Azərbaycanın su təsərrüfatı sektorunun inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda elmi-praktiki konfransın iştirakçıları Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfər ediblər. Bu barədə “Azərsu” ASC-nin məlumatında bildirilir.

Azərbaycanın içməli su sektorunda ən müasir qurğusu sayılan  kompleksin təməli 2011-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub və 2015-ci ildə ölkə başçısının iştirakı ilə istismara verilib. Burada emal olunan su Dünya Səhiyyə Təşkilatının, digər beynəlxalq qurumların qəbul etdiyi standartlara tam cavab verir. Bu kompleks Bakı şəhəri və Abşeron yarımadasının böyük hissəsi, ümumilikdə 1 milyondan çox sakini yüksək keyfiyyətli içməli su ilə təmin edir.

Komplekslə tanışlıq çərçivəsində qonaqlar mərkəzi idarəetmə sistemi - SCADA otağında idarəetmə proseslərini izləyiblər. Daha sonra şura üzvləri kompleksin laboratoriyası ilə tanış olublar.