GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11- Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

BEHBUD MURADİ (ELÇİBƏY)

1964- ildə Xalxal şəhərində anadan olub. 1978-ci ildə ailəsi ilə birlikdə Ənzəli şəhərinə köçüb indiyədək bu şəhərdə yaşayır. Gənclik çağından Ənzəlidə, Xalxalda, Ərdəbildə, Təbrizdə, bir sözlə, Güneyin hər yerində şeir, sənət, musiqi dərnəkləri   dərgilərində çalışıb. 15 musiqi dərnəyi yaradıb. Türkcə-farsca ikidilli dərgilərin redaktoru olub. Ailəsinin çörəyini isə dəmirçiliklə qazanır, qollarının alın tərinin çörəyini yeyir kimsəyə əl açmır.

Şeirlərini Azərbaycan fars dillərində yazır. "Elçinin qəmnaməsi" (2002), "Çav" (2005), "Dəftəri-i-Şer" (2005), "Asılı gözlər" (2009) "İçərişəhər" (2011) adlı kitabları ilə tanınıb.

Əlişir Nəvainin əsərlərini Azərbaycan türkcəsinə tərcümə edib

 

Kəlbəcər

Qəmkeşin, Bəhmənin gözündən iraq 

Yaralı, yarasız döndü Kəlbəcər 

Şücaət gözündə od-ocaq yeri 

Düşmənin əlindən söndü Kəlbəcər

 

Həsrət ləkə saldı ürək ətinə 

Ədalət ün verdi milliyyətinə 

Laçın çox əzizdir türk millətinə 

Sazda sözdə desəm ündü Kəlbəcər

 

Yal-yamacda gəzən qoç ovlağınan 

Çobanın gözündə xoş yaylağınan 

Yaşıl meşəsinən gur bulağınan 

Murovun əyninə dondu Kəlbəcər

 

Elçibəy kirpikdi göz giləsilə 

Xalqına qayıdır əzan səsilə 

İllər ayrı düşüb öz Gəncəsilə 

Qol-boyun olduğu gündü Kəlbəcər.

 

Əli FƏXR

1962-ci ildə Təbrizdə anadan olub. Ali təhsillidir. Azərbaycan ədəbiyyat tarixi üzrə tədqiqat işləri ilə məşğuldur. "Xalq dastanları", "Füzuli dünyası", "İdeallar şairi Nəsimi" "Məhsəti Gəncəvi (rübailər) adlı kitabların müəllifidir. Onun yaradıcılığında Vətən mövzusunda şeirlər çoxluq təşkil edir. Şair "Yol gedir Şuşaya" şeirini İkinci Qarabağ savaşı başlayanda yazıb

 

Yol gedir Şuşaya

Deyəsən səs gəlir o tay ölkədən

Bəlkə o yanlar oyanmaqdadır.

Yol edir Şuşaya coşan çeşmələr

Bulanlıq suları durulmaqdadır.

Uzanmış qara gün Qarabağımda

Murovun günəşi parlamaqdadır.

Ucalıb nərəsi nər oğlanların

Röyamın binası qurulmaqdadır.

 

Folklor xalq həyatının əks-sədasıdır

(əvvəli 15 aprel tarixli sayımızda)

Qeyd edək ki, mərasimlə bağlı olan alqışlar, təbii ki, mərasim rituallarına əsasən yaranıb günümüzədək gəlib çatıb. Xalq arasında bu tip alqış dualar demək olar ki, bütün evlilik mərasimləri, xeyir işləri zamanı, eləcə gündəlik həyatımızda subay oğlan qızlara söylənməkdədir: "Allah sənə halal süd əmmiş yetirsin!", "Bəylik hamamına gedəsən", "Toy şirnini yeyim", "Gəlinlik lampanı yandırım", "Səni görüm xoşbəxt olasan!", "Min yaşa!", "Evlad sahibi olasan!", "Allah sənə yar olsun!", "Var-dövlətli yaşa!", "Üzün gülsün!", "Allah səni saxlasın, min bir bəladan hifz eləsin!", "Allah sizi bir-birinizdən ayırmasın!", "Bu əlin o ələ möhtac olmasın!", "Bir-birinizə mehriban olasız!", "Qoşa qarıyasız!", "Qonaq xəcalətli, əhl-əyal sərməndəsi olmayasız!..".

Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov yazır ki, "xalq görmədiyi, bilavasitə şahidi olmadığı hadisə barədə söz qoşmur. Amma bu da var ki, müəyyən zaman içində hadisə, adət-ənənə, mərasimlərlə bağlı yaranan xüsusi məna daşıyan bəzi ifadələr ictimai inkişafın, gündəlik yaşayışın tələblərinə uyğun olaraq elə mündəricəsi ilə bərabər ya tamamilə unudulur, ya da elə bir kökə düşür ki, onun əsl varlığının, məna tutumunun nədən ibarət olduğunu aydınlaşdırmaq çox çətin olur. Dilimizdə ilk mənası dəyişilmiş, yaxud unudulmuş ifadələr az deyil. Misal üçün, "Başına dolanım", "Başına dönüm", "Qurbanın olum", "Ayağının altında ölüm" s. Bu ifadələr müsbət mənada işləndikləri kimi, "Başıma dönəsən", "Qurbanım olasan", "Ayağımın altında öləsən" şəklində deyilir bu məqamda, məcazi məna daşımaqla, qarğış mahiyyəti kəsb edir. Müəyyən ölçüdə şamanizmlə bağlı olan bu ifadələr, əslində, elə çağın məhsuludur ki, onda adamlarda bir işin icrası ilə başqasına təsir etməyin - təqlidi sehrin gücünə böyük inam olub. Qədimlərdə bir adam naxoşlayanda, onun başına heyvan dolandırıb kəsər bununla belə zənn edərmişlər ki, azarlayan kimsə mütləq sağalmalıdır. Etiqada görə, onun bütün qada-bəlası, ağrı-acısı guya başına dolandırılmış heyvana keçir, sonralar adamlar bu ayini söz şəklində özlərinə şamil etmiş inanmışlar ki, bir kimsə xəstənin başına dolansa, guya o özü xəstələnər, azarlı isə sağalardı. İndinin özündə belə görürsən ki, bir uşaq oturan şəxsin çevrəsinə dolananda, tez ona "başıma dolanma" deyirlər. Əgər o, bu işi edibsə, onda hərəkəti əks istiqamətlərdə təkrar etdirir, bununla, xətanın sovuşacağı zənnində olurlar…".

Qeyd edək ki, Azərbaycan xalqının adət-ənənələrində folklor yaradıcılığında əsas yer tutan mənəvi amillərdən biri olan alqış qarğışlar əsrdən-əsrə keçərək günümüzədək gəlib çıxıb elin dilində geniş şəkildə işlənməkdədir...

Azərbaycan şifahi xalq ədəbiyyatının ən qədim janrlarından biri andlardır. Bu janr insanların müqəddəs hesab etdikləri varlıqlara inamı ilə əlaqədar yaranaraq formalaşıb. İnsanlar bir hadisəni, yaxud hər hansı bir olayla bağlı danışdıqlarına dinləyənləri inandırmaq, qarşı tərəfdə güvən yaratmaq, həm arada səmimiyyətin yaranması üçün and içərlər. Belə ki, İnsan yerə, göyə, suya, oda, Günəşə, Aya müqəddəs varlıq kimi baxmağa başladığı zamandan ilk andlar da dilinə gəlib el dilində işlək olub: "Gün haqqı", "Torpaq haqqı", "İşıq haqqı", "Su haqqı" s.

İnsan təsəvvürünün hüdudları genişləndikcə valideyn əziz adamlarla bağlı "Atamın canı üçün", "And olsun anamın canına", "Əzizlərimin canına and olsun", "Balamın canı haqqı", "Dayı canı", "Yalan desəm canımdan xeyir görməyim" s. kimi andlar da yaranaraq xalqın leksikonunda oturuşub.

Dini təsəvvürlərin insanların şifahi yaradıcılığında hökmran mövqe tutması ilə əlaqədar andlar da yaranmışdır: "Allaha and olsun", "Allah haqqı", "Peyğəmbər haqqı", "Qıldığım namaza and olsun", "Qıldığım namaz belimdən vursun", "Qurana əl basım", "Quran mənə qənim olsun", "Əli yolu haqqı", "Məzhəb haqqı", "Yalan desəm, dilim kəlmeyi-şəhadətə dönməsin", "On iki imama and olsun" s.

Andların tarixi inkişaf yoluna ötəri nəzər saldıqda belə aydın görünür ki, bu janr xalqın yaşam tərzini, əxlaqi görüşlərini, həyatın məişətin müxtəlif mərhələlərini əks etdirir. Bir məqama da diqqət çəkmək çox önəmlidir. Bütöv Azərbaycan iki yerə parçalandıqdan sonrakı xalq yaradıcılığında müəyyən fərqlər olsa da, tarixən yaranmış söz boxçasının inciləri, demək olar ki, oxşar, bəzi hallarda isə tamamilə eynidir. Məsələn: "Allaha and olsun!", "Quran həqqi", "Getdiyim beytə and olsun!", "Məscid həqqi!", "Çıraq həqqi!", "İşıq həqqi!", "Çörək həqqi!", "Çörək mənə qənim olsun!", "Vallah, billah!", "Bu ölsün!", "Özüm ölüm!", "Sən öl!", "Balalarım ölsün!", "Atamın goru haqqı!", "Bu ərəb qəbiləyə and olsun!", "Qərib İmam Rzaya and olsun!", "Kitab haqqı!", "Quran çarpsın!", "Əbəlfəzin kəsilən qolları!", "On iki imama and olsun!", "Allah canımı alsın!", "Bu duz çörəyə and olsun!", "Yalan desəm, üzüm daşa dönsün!", "Qənd kimi gözüm ağarsın!" s.

"Qarğışlar, dualar, alqışlar təbiət, cəmiyyət hadisələrinə münasibətlərdə yaranmış etiqadların ifadəsidir. Qarşı tərəflərin bir-birlərinə arzu-istəklərini ifadə edən dualar, ümumi şəkildə konkret zaman içində olmaması səbəbindən, andlar etnoqrafiyanın etiket bölməsinə daxil olur...".

Esmira FUAD,

filologiya elmləri doktoru.