Ölkəmizə gələnlərin sayı artıb
Digər xəbərlər

Ölkəmizə gələnlərin sayı artıb

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, Statistika Komitəsi bildirir ki, 2022-ci ildə Azərbaycan Respublikasına dünyanın 178 ölkəsindən 1602,3 min və ya əvvəlki illə müqayisədə 2,0 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 27,9 faizi Rusiya Federasiyası, 19,5 faizi Türkiyə, 10,6 faizi İran, 6,0 faizi Səudiyyə Ərəbistanı, 5,1 faizi Gürcüstan və digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 74,8 faizini kişilər, 25,2 faizini qadınlar təşkil etmişdir.

2021-ci illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,5 dəfə artaraq 1489,5 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 3,1 dəfə, Gürcüstana gedənlərin sayı 1,7 dəfə, Türkiyəyə gedənlərin sayı 1,4 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 12,9 faiz artmışdır. Ölkə vətəndaşlarının 44,0 faizi Türkiyəyə, 18,0 faizi Rusiya Federasiyasına, 13,6 faizi İrana, 8,6 faizi Gürcüstana, 15,8 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 64,2 faizini kişilər, 35,8 faizini isə qadınlar təşkil etmişdir.

                                                                                                  “Respublika”.