Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı verdiyi açıqlamalar xüsusi marağa səbəb olub.
"Respublika" xəbər verir ki, görüş zamanı nikbin əhval-ruhiyyənin müzakirələrin məzmununa uyğun olduğunu vurğulayan Mitsotakis qonşu kimi yaşamağı üstün tutduğunu bildirib:
“Məncə, hamımız həmfikirik ki, daim ayıq-sayıq olmaqdansa, mədəni qonşular və dostlar kimi yaşamaq daha yaxşıdır”,- deyə Yunanıstanın Baş naziri qeyd edib.
Nəzrin ELDARQIZI,
"Respublika".