“Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Qanun

“Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 14-cü bəndlərini rəhbər tutaraq qərara alır:

“Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 681; 2006, № 2, maddə 75; 2007, № 1, maddə 5; 2016, № 2 (I kitab), maddə 195, № 12, maddə 2030; 2019, № 11, maddə 1684; 2021, № 6 (I kitab), maddə 547; 2022, № 8, maddə 831) aşağıdakı dəyişikliklər edilsin:

1. 18.3-cü maddəyə “mərkəzlərinə” sözündən sonra “prokurorun iştirakı təmin edilməklə baxılan” sözləri əlavə edilsin.

2. 22-ci maddə üzrə:

2.1. 22.1-ci maddədə “məhkəməyə daxil olandan sonra 10 gündən gec olmayaraq” sözləri “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435-1-ci maddəsində nəzərdə tutulmuş qaydada” sözləri ilə əvəz edilsin;

2.2. 22.2-ci maddə ləğv edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 30 may 2023-cü il