Yeni dövlət standartı qüvvəyə minib
Digər xəbərlər

Yeni dövlət standartı qüvvəyə minib

Azərbaycanda "İçməli su. Gigiyenik tələblər keyfiyyət üzrə nəzarət" AZS 929:2023 dövlət standartı qüvvəyə minib.

Bu barədə Dövlət Su Ehtiyatları Agentliyinin məlumatında bildirilir ki, yeni standart BMT-nin "Sərhəddən keçən su axınlarının beynəlxalq göllərin mühafizəsi istifadəsi" üzrə Konvensiyasının "Su Sağlamlıq Protokolu"na əsasən Azərbaycan Respublikası tərəfindən rəsmi qəbul edilmiş Məqsədli Göstəricilərin icrası ilə əlaqədar Səhiyyə Nazirliyinin əmri ilə yaradılmış işçi qrup tərəfindən hazırlanıb. Aidiyyəti dövlət qurumlarının, elmi müəssisələrin, vətəndaş cəmiyyəti institunun müsbət rəyini almış yeni standart İqtisadiyyat Nazirliyi yanında Antiinhisar İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Standartlaşdırma İnstitutunun (AZSTAND) qərarı ilə təsdiq edilib.

Qeyd olunur ki, standarta mərkəzləşdirilmiş mərkəzləşdirilməmiş su təchizatı sistemlərində içməli suyun təhlükəsiz idarə edilməsinə dair tələblər, içməli suyun keyfiyyət göstəriciləri onların yol verilən qatılıq hədlərinin siyahısı daxildir.

Yeni standarta əsasən, içməli suyun mikrobioloji (8 göstərici), orqanoleptik, fiziki-kimyəvi (100 göstərici) radioloji (2 göstərici) göstəriciləri öyrəniləcək. Qeyd edək ki, indiyə qədər ölkəmizdə içməli suyun keyfiyyətinə nəzarət SSRİ dövrü qəbul olunmuş QOST 2874-82 standartları əsasında aparılırdı.

"Respublika".