Türk müxbir: Seçkilərin Azərbaycan xalqı üçün uğurlu olmasını arzulayıram
Gündəm

Türk müxbir: Seçkilərin Azərbaycan xalqı üçün uğurlu olmasını arzulayıram

Əvvəlcə onu deyim ki, 30 ildən sonra ilk dəfədir bu torpaqlarda seçki keçirilir, insanlar səs verirlər. Söhbət etdiyim insanlardakı böyük sevinci, xoşbəxtliyi görürəm, danışarkən gözləri dolur. Bunu görmək çox gözəldir.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Türkiyənin "Milliyət" qəzetinin müxbiri Pelin Aykın deyib.

Ünsiyyətdə olduğu hər kəsin Türkiyə üçün xoş sözlər söylədiyini vurğulayan türk müxbir qeyd edib ki, yolboyu gələrkən dağıdılmış, viran qoyulmuş kəndləri görüb və buna çox üzülüb: "Amma yenidən kəndlərin salınması, ağacların əkilməsi çox ümidvericidir. Növbəti dəfə fürsətimiz olsa, bu yerlərə gələndə, həmin ağacların daha da böyüdüyünü, insanların yenidən o kəndlərdə yaşadığını görəcəyik. Bu, həqiqətən də gözəldir. Bu baxımdan seçkilərin Azərbaycan xalqı üçün uğurlu olmasını arzulayıram".