“Startup School 2”nin təlimləri başladı
Digər xəbərlər

“Startup School 2”nin təlimləri başladı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM)operatoru olduğu “Enterprise Azerbaijan” portalının Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi ilə birgə həyata keçirdiyi “Startup School 2 – AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsinin təlim mərhələsinə başlanıb.

İİTKM mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, aprel və may ayları boyunca Nevada Universiteti (University of Nevada), Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi (German Research Center for Artificial Intelligence), “Mersedes Benz” şirkəti (Mercedes-BENZ Consulting), Oksford Universiteti (Oxford University), Polşanın Varşava İqtisadiyyat İnstitutu (Warsaw School of Economics), Cənubi Afrikanın Yohanesburq Universiteti (University of Johannesburg), Rusiyanın Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyası (RANEPA) və Türkiyənin OSTİM Texniki Universitetinin beynəlxalq səviyyəli mentorları tərəfindən keçiriləcək təlim sessiyalarında 41 komanda iştirak edir.     

“Startup School 2” layihəsində ilk təlimi Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzinin professoru, Dr. Nicat Mehdiyev keçib.

Qeyd edək ki, treninqlərin sonunda seçilən 10 ən yaxşı layihə (komanda) növbəti mərhələdə “SABAH.HUB”ın inkubasiya mərkəzində 2 həftə ərzində canlı mentorluq proqramına qatılacaq.

"Respublika".