Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan
Məktublar

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.

Sizin Azərbaycanın Prezidenti vəzifəsində çoxillik səmərəli fəaliyyətiniz doğma ölkənizə sevginizin, onun təhlükəsizliyinin və hərtərəfli inkişafının, xalqın əmin-amanlığının təmin edilməsi səylərinizin parlaq təzahürüdür.

Bu gün də çox mürəkkəb qlobal çağırışlar şəraitində Sizin zəhmətinizin nəticələri, zəngin təcrübəniz və nüfuzunuz yeni genişmiqyaslı dövləti vəzifələrin həllinin, Azərbaycan Respublikasının vətəndaşları üçün zamanın tələb etdiyi faydalı konseptual layihələrin reallaşmasının bünövrəsidir.

Bu xoş fürsətdən istifadə edərək, Tatarıstan və Azərbaycan arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın səviyyəsindən böyük məmnunluq ifadə edir, həmçinin respublikamıza göstərdiyiniz diqqətli münasibətə görə Sizə təşəkkürümü bildirirəm. Ümidvaram ki, Tatarıstan-Azərbaycan qarşılıqlı fəaliyyəti gələcəkdə də fəal və məzmunlu olacaq, Rusiya və Azərbaycan xalqlarının strateji maraqlarına tam şəkildə cavab verəcək.

Dərin hörmətlə,

Rüstəm MİNNİXANOV,

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi,

“Rusiya–İslam dünyası” Strateji Baxış Qrupunun sədri.