Qoşulmama Hərəkatı Gənclər Təşkilatının üzvü: Seçki məntəqələrində hər şey qanunauyğun şəkildə idi
Siyasət

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının üzvü: Seçki məntəqələrində hər şey qanunauyğun şəkildə idi

Fevralın 8-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının müşahidə missiyasının növbədənkənar prezident seçkilərinin ilkin yekunları ilə bağlı mətbuat konfransı keçirilib.

"Respublika" xəbər verir ki, Qoşulmama Hərəkatının Gənclər Təşkilatının üzvü Jakob Eyeru Bakıda 6 fərqli qrupdan olmaqla müşahidə apardıqlarını deyib. Bildirib ki, həmin məntəqələrdə hər şey qanunauyğun şəkildə olub.

“Təşkilatımızın müşahidə heyəti səsvermənin bütün məntəqələrdə qərəzsiz və şəffaf şəkildə keçirildiyini görüb. Heç kim bizə haraya getmək lazım olduğunu deməyib, biz özümüz istədiyimiz yerləri müşahidə etmişik. Biz, həmçinin səsvermə bülletenlərinin sayılmasında da iştirak etmişik. Qoşulmama Hərəkatı ölkələrində ilk uğurlu müşahidəmiz oldu”.

Onun sözlərinə görə, Qoşulmama Hərəkatında ilk Gənclər Təşkilatıdır ki, seçkilərdə müşahidəçi kimi iştirak edib. Bu onu göstərir ki, Azərbaycan hökuməti gənclərin inkişafına öz töhfəsini verir.