Qırğızıstan dövlət bayrağını dəyişib - Parlament qərar verdi
Siyasət

Qırğızıstan dövlət bayrağını dəyişib - Parlament qərar verdi

Qırğızıstan parlamentinin sədri Nurlanbek Şakiyevin sədrliyi ilə keçirilən “Qırğızıstan Respublikasının dövlət rəmzləri haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi Baş Assambleyanın səsverməsinə çıxarılıb.

“Respublika” “Anadolu Agnetliyi”nə istinadən xəbər verir ki, parlament sədri Şakiyev və deputat Ulan Primov tərəfindən Qırğızıstan bayrağının təkmilləşdirilməsi ilə bağlı hazırlanan qanun layihəsi səsverməyə çıxarılıb. Qanun layihəsi 90 yerlik parlamentdə səsvermədə iştirak edən 64 deputatdan 59-nun “hə” səsi ilə təsdiqlənib. Qərara 5 nəfər “xeyr” deyib".

Qanun layihəsində ölkə bayrağındakı dalğavari günəş şüalarının düzləndirilməsi və ortadakı motivdəki sətirlərin sayının 3-dən 4-ə çatdırılması təklifi yer alıb.

Xatırladaq ki, Qırğızıstan prezidenti Sadir Caparov II Xalq Qurultayında (Xalq Yığıncağında) ölkə bayrağında dəyişiklik edilməsini istədiyini bildirib.

Çaparovun təsdiqindən sonra qanun Rəsmi Qəzetdə dərc edilərək qüvvəyə minəcək.

Musa Bağırlı,

“Respublika”.