Peter Stoyanov: Azərbaycan
MÜSAHİBƏLƏR

Peter Stoyanov: Azərbaycan "Köhnə qitəni" enerji böhranından xilas etdi

Azərbaycan hər zaman faydalı təşəbbüsləri və layihələri ilə diqqət çəkir. Avropanın enerji böhranı ilə üzləşdiyi bir vaxtda Azərbaycan öz dəstəyini əsirgəmədi. Necə deyərlər, "Köhnə qitə"ni böhrandan xilas etdi. Prezident İlham Əliyevə bu addımına və səylərinə görə təşəkkürümüzü bildiririk.

Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov deyib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə hər il ənənəvi olaraq keçirilən Qlobal Bakı Forumunun əhəmiyyətini vurğulayan P.Stoyanov qeyd edib: "Dünyada münaqişələrin qarşısının alınmasında xalqlar və dinlər arasında dialoqun xüsusi önəmi var. Mövcud problemləri, münaqişələri həll etmək, onların qarşısını almaq üçün ölkələr arasında dialoq gücləndirilməlidir".

Sabiq Prezident vurğulayıb ki, dünyada sülhün gələcəyi mədəniyyətlərarası və siyasi dialoqdan asılıdır.