Özbəkistan Prezidenti Azərbaycanın mədəniyyət nazirini qəbul edib
Mədəniyyət

Özbəkistan Prezidenti Azərbaycanın mədəniyyət nazirini qəbul edib

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyunun 11-də Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Daşkənddə səfərdə olan mədəniyyət naziri Adil Kərimlini qəbul edib.

Mədəniyyət Nazirliyindən "Respublika"ya bildirilib ki, Adil Kərimli Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını dövlət başçısına çatdırıb.

Görüşdə Özbəkistanla Azərbaycan arasında strateji tərəfdaşlıq və humanitar sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.