Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi barəsində cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib
Digər xəbərlər

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi barəsində cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi, tibb xidməti polkovniki Azad Abdullayevin dələduzluq etməsi faktına görə başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün iyunun 6-da Bakı Hərbi Məhkəməsinə göndərilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, cinayət işi üzrə 2021-ci il oktyabrın 22-də Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü və 32.4, 312.2-ci maddələri ilə yekun ittiham verilməklə A.Abdullayevin barəsində həbs qətimkan tədbiri seçilib.

AZƏRTAC